---
title: "ترجمة سورة المطفّفين - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/83/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/83/book/1983"
surah_id: "83"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة المطفّفين - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/83/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة المطفّفين - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/83/book/1983*.

Translation of Surah المطفّفين from "الترجمة الأذرية" in الأذرية.

### الآية 83:1

> وَيْلٌ لِلْمُطَفِّفِينَ [83:1]

1\. Çəkidə və ölçüdə alda­dan­ların vay halına!

### الآية 83:2

> ﻿الَّذِينَ إِذَا اكْتَالُوا عَلَى النَّاسِ يَسْتَوْفُونَ [83:2]

2\. O kəslərin ki, camaatdan bir şey aldıqda onu tam almaq is­tə­yər­lər,

### الآية 83:3

> ﻿وَإِذَا كَالُوهُمْ أَوْ وَزَنُوهُمْ يُخْسِرُونَ [83:3]

3\. onlar üçün bir şey ölç­dük­də və ya çəkdikdə isə onları zi­yana sa­lar­lar.

### الآية 83:4

> ﻿أَلَا يَظُنُّ أُولَٰئِكَ أَنَّهُمْ مَبْعُوثُونَ [83:4]

4\. Onlar dirildiləcəkləri barədə fi­kirləş­mir­lərmi?!

### الآية 83:5

> ﻿لِيَوْمٍ عَظِيمٍ [83:5]

5\. Özü də əzəmətli bir gün­də.

### الآية 83:6

> ﻿يَوْمَ يَقُومُ النَّاسُ لِرَبِّ الْعَالَمِينَ [83:6]

6\. O gündə ki, insanlar aləm­lərin Rəb­binin qarşısında duracaq­lar.

### الآية 83:7

> ﻿كَلَّا إِنَّ كِتَابَ الْفُجَّارِ لَفِي سِجِّينٍ [83:7]

7\. Xeyr! Həqiqətən, günah­karların kitabı Siccin­dədir.

### الآية 83:8

> ﻿وَمَا أَدْرَاكَ مَا سِجِّينٌ [83:8]

8\. Sən haradan biləsən ki, Siccin nədir?!

### الآية 83:9

> ﻿كِتَابٌ مَرْقُومٌ [83:9]

9\. O, yazılı bir kitabdır!

### الآية 83:10

> ﻿وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ [83:10]

10\. O gün haqqı yalan hesab edən­lərin vay halına!

### الآية 83:11

> ﻿الَّذِينَ يُكَذِّبُونَ بِيَوْمِ الدِّينِ [83:11]

11\. O kəslər ki, Din gü­nünü yalan hesab edir­lər.

### الآية 83:12

> ﻿وَمَا يُكَذِّبُ بِهِ إِلَّا كُلُّ مُعْتَدٍ أَثِيمٍ [83:12]

12\. Amma bunu, həddini aşan gü­nahkardan başqa, heç kəs ya­lan hesab etməz.

### الآية 83:13

> ﻿إِذَا تُتْلَىٰ عَلَيْهِ آيَاتُنَا قَالَ أَسَاطِيرُ الْأَوَّلِينَ [83:13]

13\. Ayələrimiz ona oxun­du­ğu za­man: “Bu, keçmişdə­kilə­rin uy­dur­duğu əfsanə­lər­dir!”– deyir.

### الآية 83:14

> ﻿كَلَّا ۖ بَلْ ۜ رَانَ عَلَىٰ قُلُوبِهِمْ مَا كَانُوا يَكْسِبُونَ [83:14]

14\. Xeyr! Onların qəlbini qa­zan­dıq­ları günahlar bürü­müş­dür.

### الآية 83:15

> ﻿كَلَّا إِنَّهُمْ عَنْ رَبِّهِمْ يَوْمَئِذٍ لَمَحْجُوبُونَ [83:15]

15\. Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək!

### الآية 83:16

> ﻿ثُمَّ إِنَّهُمْ لَصَالُو الْجَحِيمِ [83:16]

16\. Sonra onlar Cəhənnəmə girə­cəklər.

### الآية 83:17

> ﻿ثُمَّ يُقَالُ هَٰذَا الَّذِي كُنْتُمْ بِهِ تُكَذِّبُونَ [83:17]

17\. Sonra onlara deyiləcək: “Bu­dur sizin yalan hesab et­di­yi­niz Cə­hən­nəm!”

### الآية 83:18

> ﻿كَلَّا إِنَّ كِتَابَ الْأَبْرَارِ لَفِي عِلِّيِّينَ [83:18]

18\. Xeyr! Həqiqətən, yaxşıların ki­tabı İlliyyun­dadır!

### الآية 83:19

> ﻿وَمَا أَدْرَاكَ مَا عِلِّيُّونَ [83:19]

19\. Sən haradan biləsən ki, İlliyyun nədir?!

### الآية 83:20

> ﻿كِتَابٌ مَرْقُومٌ [83:20]

20\. O, elə bir yazılı kitabdır ki,

### الآية 83:21

> ﻿يَشْهَدُهُ الْمُقَرَّبُونَ [83:21]

21\. onu yalnız Allaha yaxın olanlar görürlər!

### الآية 83:22

> ﻿إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍ [83:22]

22\. Həqiqətən, yaxşılar ne­mət içində ola­caqlar.

### الآية 83:23

> ﻿عَلَى الْأَرَائِكِ يَنْظُرُونَ [83:23]

23\. Onlar taxtlar üstündə sey­rə dala­caqlar.

### الآية 83:24

> ﻿تَعْرِفُ فِي وُجُوهِهِمْ نَضْرَةَ النَّعِيمِ [83:24]

24\. Sən onların üzündə səadət parlaqlığı görəcəksən.

### الآية 83:25

> ﻿يُسْقَوْنَ مِنْ رَحِيقٍ مَخْتُومٍ [83:25]

25\. Onlara möhürlü şərab­dan içirdi­ləcək.

### الآية 83:26

> ﻿خِتَامُهُ مِسْكٌ ۚ وَفِي ذَٰلِكَ فَلْيَتَنَافَسِ الْمُتَنَافِسُونَ [83:26]

26\. Onun möhürü müşk­dür. Qoy yarışanlar ona nail olmaq üçün yarışsınlar!

### الآية 83:27

> ﻿وَمِزَاجُهُ مِنْ تَسْنِيمٍ [83:27]

27\. Onun qatışığı təsnim bula­ğın­dandır.

### الآية 83:28

> ﻿عَيْنًا يَشْرَبُ بِهَا الْمُقَرَّبُونَ [83:28]

28\. O təsnim elə bir bulaqdır ki, on­dan Allaha ya­xın olanlar içər­lər.

### الآية 83:29

> ﻿إِنَّ الَّذِينَ أَجْرَمُوا كَانُوا مِنَ الَّذِينَ آمَنُوا يَضْحَكُونَ [83:29]

29\. Doğrudan da, günahkarlar iman gətirənlərə gü­lür­dülər,

### الآية 83:30

> ﻿وَإِذَا مَرُّوا بِهِمْ يَتَغَامَزُونَ [83:30]

30\. onların yanından keç­dik­də bir-birinə qaş-göz edirdilər,

### الآية 83:31

> ﻿وَإِذَا انْقَلَبُوا إِلَىٰ أَهْلِهِمُ انْقَلَبُوا فَكِهِينَ [83:31]

31\. öz ailələrinin yanına fə­rəhlə qayı­dırdılar,

### الآية 83:32

> ﻿وَإِذَا رَأَوْهُمْ قَالُوا إِنَّ هَٰؤُلَاءِ لَضَالُّونَ [83:32]

32\. möminləri gördükdə isə deyir­dilər: “Həqiqətən, bunlar az­mış­­lardır!”

### الآية 83:33

> ﻿وَمَا أُرْسِلُوا عَلَيْهِمْ حَافِظِينَ [83:33]

33\. Halbuki bu günahkarlar onlara gözət­çi göndərilməmişdilər.

### الآية 83:34

> ﻿فَالْيَوْمَ الَّذِينَ آمَنُوا مِنَ الْكُفَّارِ يَضْحَكُونَ [83:34]

34\. Bu gün isə iman gə­ti­rənlər ka­firlərə güləcəklər.

### الآية 83:35

> ﻿عَلَى الْأَرَائِكِ يَنْظُرُونَ [83:35]

35\. Onlar taxtlar üstündə baxa­caqlar.

### الآية 83:36

> ﻿هَلْ ثُوِّبَ الْكُفَّارُ مَا كَانُوا يَفْعَلُونَ [83:36]

36\. Kafirlər etdikləri əməllərin cəzasını al­dılarmı?!

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/83.md)
- [كل تفاسير سورة المطفّفين
](https://quranpedia.net/surah-tafsir/83.md)
- [ترجمات سورة المطفّفين
](https://quranpedia.net/translations/83.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/83/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
