---
title: "ترجمة سورة الإنشقاق - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/84/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/84/book/1983"
surah_id: "84"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة الإنشقاق - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/84/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة الإنشقاق - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/84/book/1983*.

Translation of Surah الإنشقاق from "الترجمة الأذرية" in الأذرية.

### الآية 84:1

> إِذَا السَّمَاءُ انْشَقَّتْ [84:1]

1\. Göy yarılacağı

### الآية 84:2

> ﻿وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ [84:2]

2\. və Rəbbini dinləyib bo­yun əyməyə hazır olacağı zaman;

### الآية 84:3

> ﻿وَإِذَا الْأَرْضُ مُدَّتْ [84:3]

3\. Yer dümdüz ediləcəyi,

### الآية 84:4

> ﻿وَأَلْقَتْ مَا فِيهَا وَتَخَلَّتْ [84:4]

4\. içindəkiləri kənara atıb bo­şalacağı

### الآية 84:5

> ﻿وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ [84:5]

5\. və Rəbbini dinləyib bo­yun əyməyə hazır olacağı za­man;

### الآية 84:6

> ﻿يَا أَيُّهَا الْإِنْسَانُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدْحًا فَمُلَاقِيهِ [84:6]

6\. Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atır­san. Sən Onunla qarşı­laşacaqsan!

### الآية 84:7

> ﻿فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ [84:7]

7\. Kimin kitabı sağ əlinə ve­riləcəksə,

### الآية 84:8

> ﻿فَسَوْفَ يُحَاسَبُ حِسَابًا يَسِيرًا [84:8]

8\. o, yüngül sorğu-suala tu­tulacaq

### الآية 84:9

> ﻿وَيَنْقَلِبُ إِلَىٰ أَهْلِهِ مَسْرُورًا [84:9]

9\. və sevincək öz ailəsinə qa­yıda­caq!

### الآية 84:10

> ﻿وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ وَرَاءَ ظَهْرِهِ [84:10]

10\. Kimin kitabı arxa tərə­fin­dən ve­riləcəksə,

### الآية 84:11

> ﻿فَسَوْفَ يَدْعُو ثُبُورًا [84:11]

11\. o özünə ölüm diləyəcək

### الآية 84:12

> ﻿وَيَصْلَىٰ سَعِيرًا [84:12]

12\. və alovlu oda atılacaq­!

### الآية 84:13

> ﻿إِنَّهُ كَانَ فِي أَهْلِهِ مَسْرُورًا [84:13]

13\. Sözsüz ki, o, dünyada ikən öz ailə­sində sevinc içində idi

### الآية 84:14

> ﻿إِنَّهُ ظَنَّ أَنْ لَنْ يَحُورَ [84:14]

14\. və elə güman edirdi ki, Rəbbinin hüzuruna qayıtmaya­caq.

### الآية 84:15

> ﻿بَلَىٰ إِنَّ رَبَّهُ كَانَ بِهِ بَصِيرًا [84:15]

15\. Xeyr! Sözsüz ki, Rəbbi onu gö­rürdü.

### الآية 84:16

> ﻿فَلَا أُقْسِمُ بِالشَّفَقِ [84:16]

16\. And içirəm şəfəqə,

### الآية 84:17

> ﻿وَاللَّيْلِ وَمَا وَسَقَ [84:17]

17\. gecəyə və onun ağuşuna aldıq­larına,

### الآية 84:18

> ﻿وَالْقَمَرِ إِذَا اتَّسَقَ [84:18]

18\. bədirlənmiş on dörd ge­cə­lik aya!

### الآية 84:19

> ﻿لَتَرْكَبُنَّ طَبَقًا عَنْ طَبَقٍ [84:19]

19\. Siz mütləq haldan-hala keçib də­yişəcəksiniz.

### الآية 84:20

> ﻿فَمَا لَهُمْ لَا يُؤْمِنُونَ [84:20]

20\. Onlara nə olub ki, iman gətir­mirlər

### الآية 84:21

> ﻿وَإِذَا قُرِئَ عَلَيْهِمُ الْقُرْآنُ لَا يَسْجُدُونَ ۩ [84:21]

21\. və onlara Quran oxun­duqda səcdə etmirlər?

### الآية 84:22

> ﻿بَلِ الَّذِينَ كَفَرُوا يُكَذِّبُونَ [84:22]

22\. Əksinə, küfr edənlər haq­qı yalan sayırlar.

### الآية 84:23

> ﻿وَاللَّهُ أَعْلَمُ بِمَا يُوعُونَ [84:23]

23\. Allah onların nəyi giz­lət­diklərini çox yaxşı bilir!

### الآية 84:24

> ﻿فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ [84:24]

24\. Elə isə onları ağrılı-acılı bir əzab­la müjdələ,

### الآية 84:25

> ﻿إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ [84:25]

25\. iman gətirib yaxşı işlər görənlər istisna olmaqla! On­lar üçün tü­kənməz mükafatlar ha­zırlanmışdır.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/84.md)
- [كل تفاسير سورة الإنشقاق
](https://quranpedia.net/surah-tafsir/84.md)
- [ترجمات سورة الإنشقاق
](https://quranpedia.net/translations/84.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/84/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
