---
title: "ترجمة سورة البروج - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/85/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/85/book/1983"
surah_id: "85"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة البروج - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/85/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة البروج - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/85/book/1983*.

Translation of Surah البروج from "الترجمة الأذرية" in الأذرية.

### الآية 85:1

> وَالسَّمَاءِ ذَاتِ الْبُرُوجِ [85:1]

1\. And olsun bürclü göyə!

### الآية 85:2

> ﻿وَالْيَوْمِ الْمَوْعُودِ [85:2]

2\. And olsun vədə verilmiş günə!

### الآية 85:3

> ﻿وَشَاهِدٍ وَمَشْهُودٍ [85:3]

3\. And olsun şahidlik edənə və edi­lənə!

### الآية 85:4

> ﻿قُتِلَ أَصْحَابُ الْأُخْدُودِ [85:4]

4\. Məhv olsun xəndək sahibləri!

### الآية 85:5

> ﻿النَّارِ ذَاتِ الْوَقُودِ [85:5]

5\. Odunla alovlandırılmış xəndəklər.

### الآية 85:6

> ﻿إِذْ هُمْ عَلَيْهَا قُعُودٌ [85:6]

6\. Onlar o xəndəklərin başında otu­rub,

### الآية 85:7

> ﻿وَهُمْ عَلَىٰ مَا يَفْعَلُونَ بِالْمُؤْمِنِينَ شُهُودٌ [85:7]

7\. möminlərə verdikləri işgən­cə­ləri seyr edirdilər.

### الآية 85:8

> ﻿وَمَا نَقَمُوا مِنْهُمْ إِلَّا أَنْ يُؤْمِنُوا بِاللَّهِ الْعَزِيزِ الْحَمِيدِ [85:8]

8\. Kafirlər onlardan yalnız Qüdrətli, Tərifəlayiq Allaha iman gə­tir­diklərinə görə inti­qam alırdılar.

### الآية 85:9

> ﻿الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ [85:9]

9\. Halbuki, göylərdə və yer­də müt­ləq hakimiyyət Ona məx­sus­dur. Allah hər şeyə Şa­hiddir.

### الآية 85:10

> ﻿إِنَّ الَّذِينَ فَتَنُوا الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ثُمَّ لَمْ يَتُوبُوا فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ الْحَرِيقِ [85:10]

10\. O kəslər ki, mömin kişi və qadın­ları yan­dırmaqla sı­na­ğa çək­miş, sonra da tövbə et­məmişlər, onlara Cəhənnəm əzabı və onları yan­dırıb-yaxa­caq od əzabı hazırlanmışdır.

### الآية 85:11

> ﻿إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ۚ ذَٰلِكَ الْفَوْزُ الْكَبِيرُ [85:11]

11\. Şübhəsiz ki, iman gəti­rib yaxşı işlər görənlər üçün ağac­la­rı al­tından çaylar axan cən­nətlər var. Bu, böyük mü­vəf­fə­qiy­yət­dir.

### الآية 85:12

> ﻿إِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيدٌ [85:12]

12\. Doğrudan da, Rəbbinin günah­karları yaxalaması çox şid­dət­li­dir!

### الآية 85:13

> ﻿إِنَّهُ هُوَ يُبْدِئُ وَيُعِيدُ [85:13]

13\. Həqiqətən, O, hər şeyi il­kin yara­dır və onu yenidən bər­pa edir!

### الآية 85:14

> ﻿وَهُوَ الْغَفُورُ الْوَدُودُ [85:14]

14\. Bağışlayan da, Sevən də Odur!

### الآية 85:15

> ﻿ذُو الْعَرْشِ الْمَجِيدُ [85:15]

15\. Ərşin sahibidir, Şan-şöh­rətlidir!

### الآية 85:16

> ﻿فَعَّالٌ لِمَا يُرِيدُ [85:16]

16\. İstədiyini edəndir.

### الآية 85:17

> ﻿هَلْ أَتَاكَ حَدِيثُ الْجُنُودِ [85:17]

17\. Qoşunlar haqqında əh­valat sənə gəlib çatıbmı?

### الآية 85:18

> ﻿فِرْعَوْنَ وَثَمُودَ [85:18]

18\. Firon və Səmud qoşun­la­rının.

### الآية 85:19

> ﻿بَلِ الَّذِينَ كَفَرُوا فِي تَكْذِيبٍ [85:19]

19\. Xeyr, küfr edənlər haqqı yalan saymaqdadırlar.

### الآية 85:20

> ﻿وَاللَّهُ مِنْ وَرَائِهِمْ مُحِيطٌ [85:20]

20\. Allah onları arxadan əha­tə et­mişdir.

### الآية 85:21

> ﻿بَلْ هُوَ قُرْآنٌ مَجِيدٌ [85:21]

21\. Bəli, bu şanlı Qurandır.

### الآية 85:22

> ﻿فِي لَوْحٍ مَحْفُوظٍ [85:22]

22\. O, mühafizə edilən löv­hədədir.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/85.md)
- [كل تفاسير سورة البروج
](https://quranpedia.net/surah-tafsir/85.md)
- [ترجمات سورة البروج
](https://quranpedia.net/translations/85.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/85/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
