---
title: "ترجمة سورة الطارق - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/86/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/86/book/1983"
surah_id: "86"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة الطارق - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/86/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة الطارق - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/86/book/1983*.

Translation of Surah الطارق from "الترجمة الأذرية" in الأذرية.

### الآية 86:1

> وَالسَّمَاءِ وَالطَّارِقِ [86:1]

1\. And olsun səmaya və ge­cə yolçu­suna!

### الآية 86:2

> ﻿وَمَا أَدْرَاكَ مَا الطَّارِقُ [86:2]

2\. Sən nə bilirsən ki, gecə yolçusu nədir?

### الآية 86:3

> ﻿النَّجْمُ الثَّاقِبُ [86:3]

3\. Bu, qaranlıqları dəlib ke­çən ul­duz­dur.

### الآية 86:4

> ﻿إِنْ كُلُّ نَفْسٍ لَمَّا عَلَيْهَا حَافِظٌ [86:4]

4\. Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi olma­sın!

### الآية 86:5

> ﻿فَلْيَنْظُرِ الْإِنْسَانُ مِمَّ خُلِقَ [86:5]

5\. Qoy insan nədən yara­dıl­dığına bir baxsın!

### الآية 86:6

> ﻿خُلِقَ مِنْ مَاءٍ دَافِقٍ [86:6]

6\. İnsan axıdılan nütfədən yaradıl­mışdır.

### الآية 86:7

> ﻿يَخْرُجُ مِنْ بَيْنِ الصُّلْبِ وَالتَّرَائِبِ [86:7]

7\. Bu nütfə bel və köks sü­mükləri arasından çıxır.

### الآية 86:8

> ﻿إِنَّهُ عَلَىٰ رَجْعِهِ لَقَادِرٌ [86:8]

8\. Şübhəsiz ki, Allah onu di­rildib qay­tarmağa qadirdir.

### الآية 86:9

> ﻿يَوْمَ تُبْلَى السَّرَائِرُ [86:9]

9\. Sirlərin sınaqdan keçiri­lə­cəyi gün,

### الآية 86:10

> ﻿فَمَا لَهُ مِنْ قُوَّةٍ وَلَا نَاصِرٍ [86:10]

10\. onun nə bir qüvvəsi, nə də bir köməkçisi olar.

### الآية 86:11

> ﻿وَالسَّمَاءِ ذَاتِ الرَّجْعِ [86:11]

11\. And olsun yağmurla qa­yıdan göyə!

### الآية 86:12

> ﻿وَالْأَرْضِ ذَاتِ الصَّدْعِ [86:12]

12\. And olsun növbənöv bit­kilərlə ya­rılan yerə!

### الآية 86:13

> ﻿إِنَّهُ لَقَوْلٌ فَصْلٌ [86:13]

13\. Həqiqətən, bu, haqqı ba­tildən ayırd edən bir kə­lamdır.

### الآية 86:14

> ﻿وَمَا هُوَ بِالْهَزْلِ [86:14]

14\. O, əyləncə də deyil.

### الآية 86:15

> ﻿إِنَّهُمْ يَكِيدُونَ كَيْدًا [86:15]

15\. Həqiqətən, kafirlər hiylə qururlar.

### الآية 86:16

> ﻿وَأَكِيدُ كَيْدًا [86:16]

16\. Mən də hiylə qururam.

### الآية 86:17

> ﻿فَمَهِّلِ الْكَافِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًا [86:17]

17\. Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/86.md)
- [كل تفاسير سورة الطارق
](https://quranpedia.net/surah-tafsir/86.md)
- [ترجمات سورة الطارق
](https://quranpedia.net/translations/86.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/86/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
