---
title: "ترجمة سورة الأعلى - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/87/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/87/book/1983"
surah_id: "87"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة الأعلى - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/87/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة الأعلى - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/87/book/1983*.

Translation of Surah الأعلى from "الترجمة الأذرية" in الأذرية.

### الآية 87:1

> سَبِّحِ اسْمَ رَبِّكَ الْأَعْلَى [87:1]

1\. Ən Uca Rəbbinin adına təriflər de!

### الآية 87:2

> ﻿الَّذِي خَلَقَ فَسَوَّىٰ [87:2]

2\. O Rəbbin ki, hər şeyi ya­ra­dıb ka­milləşdirdi.

### الآية 87:3

> ﻿وَالَّذِي قَدَّرَ فَهَدَىٰ [87:3]

3\. O Rəbbin ki, hər şeyin mü­qəddəratını əzəldən müəy­yən e­dərək yol göstərdi.

### الآية 87:4

> ﻿وَالَّذِي أَخْرَجَ الْمَرْعَىٰ [87:4]

4\. O Rəbbin ki, otlağı cü­cərt­di,

### الآية 87:5

> ﻿فَجَعَلَهُ غُثَاءً أَحْوَىٰ [87:5]

5\. sonra da onu qaralmış sa­ma­na çevirdi.

### الآية 87:6

> ﻿سَنُقْرِئُكَ فَلَا تَنْسَىٰ [87:6]

6\. Biz sənə Quranı oxudacağıq və sən onu unutmayacaqsan.

### الآية 87:7

> ﻿إِلَّا مَا شَاءَ اللَّهُ ۚ إِنَّهُ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفَىٰ [87:7]

7\. Yalnız Allahın istədi­yin­dən başqa. Şübhəsiz ki, Allah aşkarı da, gizlini də bilir.

### الآية 87:8

> ﻿وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ [87:8]

8\. Səni ən asan olana mü­vəf­fəq edə­rik.

### الآية 87:9

> ﻿فَذَكِّرْ إِنْ نَفَعَتِ الذِّكْرَىٰ [87:9]

9\. Xatırlatmanın fayda ver­diyini gör­sən, onlara xatırlat!

### الآية 87:10

> ﻿سَيَذَّكَّرُ مَنْ يَخْشَىٰ [87:10]

10\. Allahdan qorxanlar öyüd-nəsihət gö­türərlər.

### الآية 87:11

> ﻿وَيَتَجَنَّبُهَا الْأَشْقَى [87:11]

11\. Ən bədbəxt kimsələr isə onu qu­laqardına vurarlar.

### الآية 87:12

> ﻿الَّذِي يَصْلَى النَّارَ الْكُبْرَىٰ [87:12]

12\. O kimsə ki, Cəhənnəmə atılacaq.

### الآية 87:13

> ﻿ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ [87:13]

13\. O orada nə öləcək, nə də yaşaya bil­əcək.

### الآية 87:14

> ﻿قَدْ أَفْلَحَ مَنْ تَزَكَّىٰ [87:14]

14\. Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır.

### الآية 87:15

> ﻿وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّىٰ [87:15]

15\. O kimsə ki, Rəbbinin adı­nı xatırla­yıb namaz qılmışdır.

### الآية 87:16

> ﻿بَلْ تُؤْثِرُونَ الْحَيَاةَ الدُّنْيَا [87:16]

16\. Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz;

### الآية 87:17

> ﻿وَالْآخِرَةُ خَيْرٌ وَأَبْقَىٰ [87:17]

17\. Axirət isə daha xeyirli və daha sürəklidir.

### الآية 87:18

> ﻿إِنَّ هَٰذَا لَفِي الصُّحُفِ الْأُولَىٰ [87:18]

18\. Həqiqətən də, bu, əv­vəl­ki səhifə­lərdə bildirilmişdir –

### الآية 87:19

> ﻿صُحُفِ إِبْرَاهِيمَ وَمُوسَىٰ [87:19]

19\. İbrahimin və Musanın sə­hifələ­rində.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/87.md)
- [كل تفاسير سورة الأعلى
](https://quranpedia.net/surah-tafsir/87.md)
- [ترجمات سورة الأعلى
](https://quranpedia.net/translations/87.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/87/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
