---
title: "ترجمة سورة الفجر - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/89/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/89/book/1983"
surah_id: "89"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة الفجر - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/89/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة الفجر - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/89/book/1983*.

Translation of Surah الفجر from "الترجمة الأذرية" in الأذرية.

### الآية 89:1

> وَالْفَجْرِ [89:1]

1\. And olsun dan yerinə!

### الآية 89:2

> ﻿وَلَيَالٍ عَشْرٍ [89:2]

2\. And olsun on gecəyə!

### الآية 89:3

> ﻿وَالشَّفْعِ وَالْوَتْرِ [89:3]

3\. And olsun cütə və təkə!

### الآية 89:4

> ﻿وَاللَّيْلِ إِذَا يَسْرِ [89:4]

4\. And olsun keçib getmək­də olan gecəyə!

### الآية 89:5

> ﻿هَلْ فِي ذَٰلِكَ قَسَمٌ لِذِي حِجْرٍ [89:5]

5\. Məgər bu andlar ağıl sa­hi­bi üçün kifayət deyilmi?

### الآية 89:6

> ﻿أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ [89:6]

6\. Məgər görmədinmi ki, Rəbbin nə­lər etdi Ad qövmünə,

### الآية 89:7

> ﻿إِرَمَ ذَاتِ الْعِمَادِ [89:7]

7\. sütunlar sahibi İrəm qəbi­ləsinə –

### الآية 89:8

> ﻿الَّتِي لَمْ يُخْلَقْ مِثْلُهَا فِي الْبِلَادِ [89:8]

8\. halbuki, yer üzündə on­lar kimisi xəlq edilməmişdi;

### الآية 89:9

> ﻿وَثَمُودَ الَّذِينَ جَابُوا الصَّخْرَ بِالْوَادِ [89:9]

9\. Habelə vadidə qayaları yo­nan Sə­mud qövmünə?

### الآية 89:10

> ﻿وَفِرْعَوْنَ ذِي الْأَوْتَادِ [89:10]

10\. Eləcə də sütunlar sahibi Firona?

### الآية 89:11

> ﻿الَّذِينَ طَغَوْا فِي الْبِلَادِ [89:11]

11\. Onlar o kəslər idi ki, öl­kələrində həddi aşmış,

### الآية 89:12

> ﻿فَأَكْثَرُوا فِيهَا الْفَسَادَ [89:12]

12\. çoxlu fitnə-fəsad törət­miş­dilər.

### الآية 89:13

> ﻿فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ [89:13]

13\. Rəbbin də onları əzabla qam­çı­ladı.

### الآية 89:14

> ﻿إِنَّ رَبَّكَ لَبِالْمِرْصَادِ [89:14]

14\. Həqiqətən, sənin Rəbbin nəzarət edir.

### الآية 89:15

> ﻿فَأَمَّا الْإِنْسَانُ إِذَا مَا ابْتَلَاهُ رَبُّهُ فَأَكْرَمَهُ وَنَعَّمَهُ فَيَقُولُ رَبِّي أَكْرَمَنِ [89:15]

15\. İnsana gəlincə, Rəbbi onu sına­yıb ehtiram göstərəndə və ona nemət verəndə: “Rəbbim mənə ehtiram gös­tərdi!”– de­yər.

### الآية 89:16

> ﻿وَأَمَّا إِذَا مَا ابْتَلَاهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّي أَهَانَنِ [89:16]

16\. Amma onu sınamaq üçün ruzi­sini azaldanda: “Rəbbim mə­ni alçalt­dı!”– deyər.

### الآية 89:17

> ﻿كَلَّا ۖ بَلْ لَا تُكْرِمُونَ الْيَتِيمَ [89:17]

17\. Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsi­niz,

### الآية 89:18

> ﻿وَلَا تَحَاضُّونَ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ [89:18]

18\. kasıbı yedirməyə bir-bi­rinizi təh­rik etmirsiniz,

### الآية 89:19

> ﻿وَتَأْكُلُونَ التُّرَاثَ أَكْلًا لَمًّا [89:19]

19\. mirası hərisliklə yeyir­si­niz,

### الآية 89:20

> ﻿وَتُحِبُّونَ الْمَالَ حُبًّا جَمًّا [89:20]

20\. var-dövləti də hərisliklə sevir­siniz.

### الآية 89:21

> ﻿كَلَّا إِذَا دُكَّتِ الْأَرْضُ دَكًّا دَكًّا [89:21]

21\. Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq,

### الآية 89:22

> ﻿وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا [89:22]

22\. sənin Rəbbin və səf-səf düzülmüş mələklər gələcək

### الآية 89:23

> ﻿وَجِيءَ يَوْمَئِذٍ بِجَهَنَّمَ ۚ يَوْمَئِذٍ يَتَذَكَّرُ الْإِنْسَانُ وَأَنَّىٰ لَهُ الذِّكْرَىٰ [89:23]

23\. və o gün Cəhənnəm gə­ti­riləcək. O gün insan günah­la­rı­nı xa­tır­laya­caq­. Lakin bu xa­tırlamanın ona nə fay­dası?

### الآية 89:24

> ﻿يَقُولُ يَا لَيْتَنِي قَدَّمْتُ لِحَيَاتِي [89:24]

24\. O: “Kaş axirət həyatım üçün əv­vəlcədən hazırlıq gö­rəy­dim!”– deyə­cək­.

### الآية 89:25

> ﻿فَيَوْمَئِذٍ لَا يُعَذِّبُ عَذَابَهُ أَحَدٌ [89:25]

25\. O gün heç kəs Allahın ver­diyi əzab kimi əzab verə bil­məz

### الآية 89:26

> ﻿وَلَا يُوثِقُ وَثَاقَهُ أَحَدٌ [89:26]

26\. və heç kəs Onun buxov­ladığı kimi buxovlaya bilməz.

### الآية 89:27

> ﻿يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ [89:27]

27\. O gün möminə deyilə­cək­: “Ey ar­xayın olan kəs!

### الآية 89:28

> ﻿ارْجِعِي إِلَىٰ رَبِّكِ رَاضِيَةً مَرْضِيَّةً [89:28]

28\. Razı qalmış və razılıq qa­zanmış halda öz Rəbbinə tərəf dön!

### الآية 89:29

> ﻿فَادْخُلِي فِي عِبَادِي [89:29]

29\. Mənim qullarımın cər­gə­sinə keç!

### الآية 89:30

> ﻿وَادْخُلِي جَنَّتِي [89:30]

30\. Cənnətimə daxil ol!

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/89.md)
- [كل تفاسير سورة الفجر
](https://quranpedia.net/surah-tafsir/89.md)
- [ترجمات سورة الفجر
](https://quranpedia.net/translations/89.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/89/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
