---
title: "ترجمة سورة الشمس - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/91/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/91/book/1983"
surah_id: "91"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة الشمس - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/91/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة الشمس - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/91/book/1983*.

Translation of Surah الشمس from "الترجمة الأذرية" in الأذرية.

### الآية 91:1

> وَالشَّمْسِ وَضُحَاهَا [91:1]

1\. And olsun günəşə və onun saç­dığı şəfəqə!

### الآية 91:2

> ﻿وَالْقَمَرِ إِذَا تَلَاهَا [91:2]

2\. And olsun ondan sonra zühur edən aya!

### الآية 91:3

> ﻿وَالنَّهَارِ إِذَا جَلَّاهَا [91:3]

3\. And olsun günəşi açıqlığa çıxar­dan gündüzə!

### الآية 91:4

> ﻿وَاللَّيْلِ إِذَا يَغْشَاهَا [91:4]

4\. And olsun günəşi bürü­yən gecəyə!

### الآية 91:5

> ﻿وَالسَّمَاءِ وَمَا بَنَاهَا [91:5]

5\. And olsun göyə və onu qurana!

### الآية 91:6

> ﻿وَالْأَرْضِ وَمَا طَحَاهَا [91:6]

6\. And olsun yerə və onu dö­şəyənə!

### الآية 91:7

> ﻿وَنَفْسٍ وَمَا سَوَّاهَا [91:7]

7\. And olsun nəfsə və onu yaradıb kamilləşdirənə,

### الآية 91:8

> ﻿فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا [91:8]

8\. ona günahları və Allah­dan qorx­mağı təlqin edənə!

### الآية 91:9

> ﻿قَدْ أَفْلَحَ مَنْ زَكَّاهَا [91:9]

9\. Nəfsini günahdan təmiz­lə­yən uğur qazanmışdır.

### الآية 91:10

> ﻿وَقَدْ خَابَ مَنْ دَسَّاهَا [91:10]

10\. Onu günaha batıran isə ziyana uğramışdır.

### الآية 91:11

> ﻿كَذَّبَتْ ثَمُودُ بِطَغْوَاهَا [91:11]

11\. Səmud qövmü öz azğın­lı­ğı üzün­dən Allahın elçisini inkar et­di.

### الآية 91:12

> ﻿إِذِ انْبَعَثَ أَشْقَاهَا [91:12]

12\. Onların ən bədbəxti də­və­ni kəs­məyə qalxdıqda

### الآية 91:13

> ﻿فَقَالَ لَهُمْ رَسُولُ اللَّهِ نَاقَةَ اللَّهِ وَسُقْيَاهَا [91:13]

13\. Allahın elçisi onlara de­di: “Alla­hın bu dişi dəvəsi­nə to­xun­ma­yın və onun su içmə­si­nə mane olmayın!”

### الآية 91:14

> ﻿فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُمْ بِذَنْبِهِمْ فَسَوَّاهَا [91:14]

14\. Onlar isə peyğəmbəri ya­lançı sa­yıb, dəvə­nin diz və­tə­ri­ni kəs­dilər. On­ların Rəbbi də bu günahlarına görə on­ların ha­mı­sını qı­rıb yerlə yeksan etdi.

### الآية 91:15

> ﻿وَلَا يَخَافُ عُقْبَاهَا [91:15]

15\. Allah günahkarlara etdi­yi­nin nəti­cəsindən çəkinməz!

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/91.md)
- [كل تفاسير سورة الشمس
](https://quranpedia.net/surah-tafsir/91.md)
- [ترجمات سورة الشمس
](https://quranpedia.net/translations/91.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/91/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
