ﯳ
ترجمة معاني سورة المعارج
باللغة الأذرية من كتاب الترجمة الأذرية
.
من تأليف:
لي خان موساييف
.
ﰡ
1. İstəyən kimsə baş verəcək əzabı istədi –
2. bunu kafirlər üçün dilədi. O əzabın qarşısını alan tapılmayacaq.
3. O, dərəcələr sahibi olan Allahdandır.
4. Mələklər və Ruh Cəbrail Allaha doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar.
5. Sən təmkinlə səbir et!
6. Doğrusu, kafirlər o əzabın uzaq olduğunu güman edirlər.
ﯲﯳ
ﰆ
7. Biz isə onun yaxın olduğunu görürük.
8. O gün göy əridilmiş metal kimi olacaq.
9. Dağlar da didilmiş yuna bənzəyəcək.
10. Dost dostun halını xəbər almayacaq.
11. Halbuki onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını,
ﭜﭝ
ﰋ
12. həyat yoldaşını və qardaşını,
13. ona sığınacaq vermiş nəslini
14. və yer üzündə olanların hamısını – təki bu onu xilas etsin.
15. Xeyr! Bu, alovu şölələnən Oddur –
ﭯﭰ
ﰏ
16. başın dərisini sıyırıb çıxaran bir od.
17. O od çağırır haqqa arxa çevirəni, ondan üz döndərəni
ﭷﭸ
ﰑ
18. və mal-dövlət yığıb saxlayanı.
19. Həqiqətən, insan kəmhövsələ yaradılmışdır.
20. Ona bir pislik toxunduqda özündən çıxır,
21. bir xeyir nəsib olduqda isə xəsislik edir.
ﮊﮋ
ﰕ
22. Namaz qılanlar istisnadır.
23. O kəslər ki, namazlarını həmişə qılırlar.
24. O kəslər ki, onların mallarında bəlli bir haqq var –
ﮙﮚ
ﰘ
25. dilənən və həya edib istəmədiyinə görə məhrum qalan üçün.
26. O kəslər ki, Haqq-hesab gününü təsdiq edirlər.
27. O kəslər ki, Rəbbinin əzabından qorxurlar.
28. Axı Rəbbinin əzabı onlar üçün də təhlükəsiz deyil.
29. O kəslər ki, tənasül üzvlərini zinadan qoruyurlar –
30. zövcələrindən və sahib olduqları cariyələrdən başqa. Buna görə onlar əsla qınanmazlar.
31. Bundan artığını istəyənlər isə həddi aşanlardır.
32. O kəslər ki, əmanəti danmır və əhdlərini pozmurlar.
33. O kəslər ki, şahidliklərində mətindirlər.
34. Bir də o kəslər ki, namazlarını dəqiqliklə qılırlar.
35. Cənnətlərdə hörmət göstəriləcək insanlar da elə onlar olacaq.
36. Sənə doğru tələsən kafirlərə nə olub belə –
37. sağdan-soldan dəstələrlə ətrafına yığışırlar?
38. Yoxsa onların hər biri Nəim cənnətinə girə biləcəyinə ümid edir?
39. Xeyr! Bu mümkün deyil! Biz onları bildikləri şeydən xəlq etmişik.
40. And içirəm məşriqlərin və məğriblərin Rəbbinə! Biz doğrudan da, elə bir qüdrətə malikik ki, –
41. onları daha yaxşıları ilə əvəz edə bilərik. Bunda qarşımıza çıxa bilən tapılmaz.
42. Vədə verilmiş günə çatanadək onlarla daha işin olmasın, qoy boş-boş danışsınlar və əylənsinlər.
43. O gün, məbudlarına ibadətə can atırmışlar kimi onlar qəbirlərdən çıxacaqlar.
44. O gün onların baxışları yerə dikiləcək, özlərini də zillət bürüyəcək. Budur onların xəbərdar edildikləri gün!