وَيَوۡمَ يَقُولُ نَادُواْ شُرَكَآءِيَ ٱلَّذِينَ زَعَمۡتُمۡ فَدَعَوۡهُمۡ فَلَمۡ يَسۡتَجِيبُواْ لَهُمۡ وَجَعَلۡنَا بَيۡنَهُم مَّوۡبِقࣰا ٥٢
Al-Kahf 18:52
سورة الكهف
Meccan
Verse: 52/110
Page 299
-
Azərbaycanca translation
الترجمة الأذرية
52. O gün Allah müşriklərə: “İddia etdiyiniz şəriklərimi çağırın!”– deyəcək. Müşriklər onları çağıracaq, lakin onlar cavab verməyəcəklər. Biz müşriklərlə bütlərin arasına həlakedici bir yarğan salarıq. -
Azerbaijani - Azerbaijani translation
O gün (qiyamət günü Allah müşriklərə) belə buyuracaq: “(Mənə ortaq olduqlarını) iddia etdiyiniz şəriklərimi (sizə şəfaət diləməkdən ötrü) çağırın! (Müşriklər) öz tanrılarını (bütlərini) çağıracaq, lakin onlar (müşriklərə) heç bir cavab verməyəcəklər. Biz onların arasında (hamısının birlikdə məhv olacağı) bir cəhənnəm dərəsi bərqərar edərik! -
Alikhan Musayev - Azerbaijani translation
O gün Allah müşriklərə: “İddia etdiyiniz şəriklərimi çağırın!”– deyəcək. Müşriklər onları çağıracaq, lakin onlar cavab verməyəcəklər. Biz müşriklərlə bütlərin arasına həlak edici bir yarğan salarıq.
Al-Kahf 18:52
Loading the recitation…
0:00