كَذَّبَتۡ عَادٌ ٱلۡمُرۡسَلِينَ
Ad taydası da peyğəmbərləri təkzib etdi.
إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ هُودٌ أَلَا تَتَّقُونَ
O zaman ki, qardaşları Hud onlara dedi: “Məgər (küfr etməyinizə, peyğəmbərləri yalançı saymağınıza görə Allahın əzabından) qorxmursunuz?
إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ
Şübhəsiz ki, mən sizin üçün e’tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm!
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ
Allahdan qorxun və mənə itaət edin!
وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ
Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
أَتَبۡنُونَ بِكُلِّ رِيعٍ ءَايَةٗ تَعۡبَثُونَ
Doğrudanmı siz hər təpədə bir köşk (əlamət) qurub (gəlib-gedənləri məsxərəyə qoyaraq) əylənirsiniz?
وَتَتَّخِذُونَ مَصَانِعَ لَعَلَّكُمۡ تَخۡلُدُونَ
Sanki (dünyada) əbədi qalacaqsınız deyə (yeraltı) su hövzələri (qalalar, yaxud qəsrlər) tikirsiniz!
وَإِذَا بَطَشۡتُم بَطَشۡتُمۡ جَبَّارِينَ
Və (birini) yaxaladıqda da zalımlar kimi yaxalayırsınız! (Onun vəhşicəsinə döyüb öldürürsünüz!)