وَمَامِنَّآ إِلَّا لَهُۥ مَقَامٞ مَّعۡلُومٞ
(Cəbrail Peyğəmbər əleyhissəlama belə dedi: ) “Bizdən (mələklərdən) elə birisi yoxdur ki, onun (səmada Allaha ibadət üçün) müəyyən bir yeri olmasın!
وَإِنَّا لَنَحۡنُ ٱلصَّآفُّونَ
Həqiqətən, biz səf-səf dururuq.
وَإِنَّا لَنَحۡنُ ٱلۡمُسَبِّحُونَ
Və (Allahı) təqdis edib şə’ninə tə’riflər deyirik.
وَإِن كَانُواْ لَيَقُولُونَ
(Məkkə müşrikləri) tə’kidlə belə deyirdilər:
لَوۡ أَنَّ عِندَنَا ذِكۡرٗا مِّنَ ٱلۡأَوَّلِينَ
“Əgər bizdə əvvəlkilərin kitablarından biri olsa idi,
لَكُنَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ
Biz də mütləq Allahın müxlis bəndələri olardıq!”
فَكَفَرُواْ بِهِۦۖ فَسَوۡفَ يَعۡلَمُونَ
Amma onu (Qur’anı) inkar etdilər. Onlar (küfrlərinin aqibətini) mütləq biləcəklər.
وَلَقَدۡ سَبَقَتۡ كَلِمَتُنَا لِعِبَادِنَا ٱلۡمُرۡسَلِينَ
And olsun ki, peyğəmbər bəndələrimiz haqqında əvvəlcədən (lövhi-məhfuzda) bu sözümüz deyilmişdi:
إِنَّهُمۡ لَهُمُ ٱلۡمَنصُورُونَ
“Onlar mütləq qalib gələcəklər.