ﰀ
surah.translation
.
من تأليف:
لي خان موساييف
.
ﰡ
ﯖﯗ
ﰀ
1. Çəkidə və ölçüdə aldadanların vay halına!
2. O kəslərin ki, camaatdan bir şey aldıqda onu tam almaq istəyərlər,
3. onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə isə onları ziyana salarlar.
4. Onlar dirildiləcəkləri barədə fikirləşmirlərmi?!
ﭑﭒ
ﰄ
5. Özü də əzəmətli bir gündə.
6. O gündə ki, insanlar aləmlərin Rəbbinin qarşısında duracaqlar.
7. Xeyr! Həqiqətən, günahkarların kitabı Siccindədir.
8. Sən haradan biləsən ki, Siccin nədir?!
ﭦﭧ
ﰈ
9. O, yazılı bir kitabdır!
10. O gün haqqı yalan hesab edənlərin vay halına!
11. O kəslər ki, Din gününü yalan hesab edirlər.
12. Amma bunu, həddini aşan günahkardan başqa, heç kəs yalan hesab etməz.
13. Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin uydurduğu əfsanələrdir!”– deyir.
14. Xeyr! Onların qəlbini qazandıqları günahlar bürümüşdür.
15. Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək!
16. Sonra onlar Cəhənnəmə girəcəklər.
17. Sonra onlara deyiləcək: “Budur sizin yalan hesab etdiyiniz Cəhənnəm!”
18. Xeyr! Həqiqətən, yaxşıların kitabı İlliyyundadır!
19. Sən haradan biləsən ki, İlliyyun nədir?!
ﮭﮮ
ﰓ
20. O, elə bir yazılı kitabdır ki,
ﮰﮱ
ﰔ
21. onu yalnız Allaha yaxın olanlar görürlər!
22. Həqiqətən, yaxşılar nemət içində olacaqlar.
23. Onlar taxtlar üstündə seyrə dalacaqlar.
24. Sən onların üzündə səadət parlaqlığı görəcəksən.
25. Onlara möhürlü şərabdan içirdiləcək.
26. Onun möhürü müşkdür. Qoy yarışanlar ona nail olmaq üçün yarışsınlar!
27. Onun qatışığı təsnim bulağındandır.
28. O təsnim elə bir bulaqdır ki, ondan Allaha yaxın olanlar içərlər.
29. Doğrudan da, günahkarlar iman gətirənlərə gülürdülər,
30. onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər,
31. öz ailələrinin yanına fərəhlə qayıdırdılar,
32. möminləri gördükdə isə deyirdilər: “Həqiqətən, bunlar azmışlardır!”
33. Halbuki bu günahkarlar onlara gözətçi göndərilməmişdilər.
34. Bu gün isə iman gətirənlər kafirlərə güləcəklər.
35. Onlar taxtlar üstündə baxacaqlar.
36. Kafirlər etdikləri əməllərin cəzasını aldılarmı?!