ﰏ
surah.translation
.
من تأليف:
لي خان موساييف
.
ﰡ
1. Kitab əhlindən və müşriklərdən inkar edənlər onlara açıq-aydın dəlil gəlməyincə küfrlərindən əl çəkmədilər.
2. Bu dəlil pak səhifələri oxuyan Allahın göndərdiyi Elçidir.
3. Onların içində doğru yazılar var.
4. Kitab verilənlər onlara yalnız aydın bir dəlil gəldikdən sonra firqələrə bölündülər.
5. Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!
6. Şübhəsiz ki, Kitab əhlindən və müşriklərdən inkar edənlər, içində əbədi qalacaqları Cəhənnəm odunda olacaqlar. Onlar məxluqatın ən pisidirlər.
7. İman gətirib yaxşı işlər görənlərə gəlincə, onlar məxluqatın ən yaxşılarıdır.
8. Onların Rəbbinin yanındakı mükafatı ağacları altından çaylar axan, içində əbədi qalacaqları Ədn cənnətləridir. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu nemətlər, Rəbbindən qorxan kimsələrdən ötrüdür!