ﰇ
                    surah.translation
            .
            
    
                                    من تأليف: 
                                            لي خان موساييف
                                                            .
                                                
            ﰡ
1. And içirəm bu şəhərə (Məkkəyə)!
                                                                        2. Sən də o şəhərin sakinisən.
                                                                        3. And olsun valideynə və onun törəməsinə!
                                                                        4. Biz insanı çətinlik içində xəlq etdik.
                                                                        5. O, heç kəsin ona gücü çatmayacağınımı güman edir?! 
                                                                        6. O deyir: “Mən çoxlu var-dövlət sərf etmişəm!”
                                                                        7. O, heç kəsin onu görməyəcəyinimi zənn edir?!
                                                                        8. Biz ona iki göz vermədikmi?!
                                                                        
                                                                                                                
                                    ﮨﮩ
                                    ﰈ
                                                                        
                    9. Eləcə də, bir dil və iki dodaq vermədikmi?!
                                                                        
                                                                                                                
                                    ﮫﮬ
                                    ﰉ
                                                                        
                    10. Onu iki yolu – doğru və əyri yolu göstərmədikmi?! 
                                                                        11. Fəqət o, sərt yoxuşu aşa biləmədi.
                                                                        12. Sən nə bilirsən ki, sərt yoxuş nədir?
                                                                        
                                                                                                                
                                    ﯘﯙ
                                    ﰌ
                                                                        
                    13. O, bir kölə azad etməkdir
                                                                        14. və ya aclıq günündə möhtaca yemək verməkdir –
                                                                        15. qohumluğu çatan bir yetimə, 
                                                                        16. yaxud aclıqdan yerə uzanmış kasıba! 
                                                                        17. Sonra isə iman gətirənlərdən, bir-birinə səbir tövsiyə edənlərdən və mərhəmət tövsiyə edənlərdən olmaqdır. 
                                                                        18. Onlar sağ tərəf sahibləridir. 
                                                                        19. Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir.
                                                                        20. Onları hər tərəfdən qaplayan bir Od gözləyir.