ﯿ
                    surah.translation
            .
            
    
                                    من تأليف: 
                                            لي خان موساييف
                                                            .
                                                
            ﰡ
1. Göy parçalanacağı zaman;
                                                                        2. ulduzlar səpələnəcəyi zaman;
                                                                        3. dənizlər daşıb bir-birinə qarışacağı zaman;
                                                                        4. qəbirlər çevriləcəyi zaman;
                                                                        5. hər kəs əvvəlcədən özü üçün nəyi tədarük edib, nəyi sonraya saxladığını biləcək.
                                                                        6. Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir? 
                                                                        7. O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. 
                                                                        8. Səni istədiyi şəklə saldı.
                                                                        9. Xeyr! Əksinə, siz Qiyaməti yalan hesab edirsiniz!
                                                                        10. Həqiqətən, sizin üstünüzdə nəzarətçilər var –
                                                                        
                                                                                                                
                                    ﮃﮄ
                                    ﰊ
                                                                        
                    11. çox möhtərəm, əməllərinizi yazanlar.
                                                                        12. Onlar sizin nə etdiklərinizi bilirlər.
                                                                        13. Həqiqətən, yaxşılar nemət içində olacaqlar. 
                                                                        14. Şübhəsiz ki, günahkarlar da Cəhənnəmdə olacaqlar.
                                                                        15. Onlar ora Haqq-hesab günü girəcəklər.
                                                                        16. Onlar əsla ondan yayına bilməyəcəklər.
                                                                        17. Sən haradan biləydin ki, Haqq-hesab günü nədir?
                                                                        18. Doğrudan da, sən haradan biləydin ki, Haqq-hesab günü nədir?
                                                                        19. O gün heç kəs heç kəsə fayda verə bilməz. O gün hökm yalnız Allaha məxsus olacaq!