ﯿ

surah.translation .
من تأليف: لي خان موساييف .

1. Göy parçalanacağı zaman;
2. ulduzlar səpələnəcəyi za­man;
3. dənizlər daşıb bir-birinə qarışacağı zaman;
4. qəbirlər çevriləcəyi zaman;
5. hər kəs əvvəlcədən özü üçün nəyi tədarük edib, nəyi sonraya sax­ladığını biləcək.
6. Ey insan! Səni öz Səxa­vətli Rəbbinə qarşı qoyan nədir?
7. O ki, səni yaradıb kamil­ləşdirdi və sənə gözəl bir surət verdi.
8. Səni istədiyi şəklə saldı.
9. Xeyr! Əksinə, siz Qiya­mə­ti yalan hesab edir­siniz!
10. Həqiqətən, sizin üstü­nüz­də nə­za­rətçilər var –
11. çox möhtərəm, əməllə­ri­nizi ya­zanlar.
12. Onlar sizin nə etdiklə­ri­nizi bi­lirlər.
13. Həqiqətən, yaxşılar ne­mət içində ola­caqlar.
14. Şübhəsiz ki, günahkar­lar da Cə­hənnəmdə olacaqlar.
15. Onlar ora Haqq-hesab günü girə­cəklər.
16. Onlar əsla ondan yayına bilmə­yəcəklər.
17. Sən haradan biləydin ki, Haqq-hesab günü nədir?
18. Doğrudan da, sən hara­dan biləy­din ki, Haqq-hesab günü nə­dir?
19. O gün heç kəs heç kəsə fayda verə bilməz. O gün hökm yalnız Allaha məx­sus olacaq!