ﰐ
surah.translation
.
من تأليف:
لي خان موساييف
.
ﰡ
1. Yer titrəyib lərzəyə gələcəyi zaman;
2. Yer öz yükünü bayıra atacağı
3. və insan: “Ona nə olub?”– deyəcəyi zaman –
4. həmin gün yer öz əhvalatlarını danışacaq.
5. Çünki Rəbbin ona vəhy edəcək.
6. O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər.
7. Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır.
8. Zərrə qədər pislik edən də əvəzini alacaqdır.