ﯵ
surah.translation
.
من تأليف:
لي خان موساييف
.
ﰡ
1. De: “Mənə vəhy olundu ki, cinlərdən bir dəstə Quranı dinlədikdən sonra öz tayfalarına qayıdıb dedilər: “Həqiqətən, biz heyrətamiz bir Quran dinlədik!
2. O, doğru yola yönəldir. Biz ona inandıq və bundan sonra əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq.
3. Doğrudan da, Rəbbimizin əzəməti çox yüksəkdir. O, nə zövcə, nə də övlad sahibi olmamışdır.
4. Bizim səfehimiz İblis Allaha qarşı hədsiz yalanlar danışır.
5. Biz elə güman edirdik ki, nə insanlar, nə də cinlər Allah barəsində əsla yalan söyləməzlər.
6. Həqiqətən, insanlardan bəziləri cinlərin bəzilərinə sığınırdılar. Bu isə onların azğınlığını artırırdı.
7. Onlar da siz zənn etdiyiniz kimi, elə düşünürdülər ki, Allah ölənləri diriltməyəcək.
8. Biz səmaya qalxdıqda onun sərt gözətçilər və yandırıb-yaxan alovlarla dolu olduğunun şahidi olduq.
9. Halbuki daha öncə biz mələklərin söhbətinə qulaq asmaq üçün göyün bəzi yerlərində otururduq. Amma kim indi onları dinləmək istəsə, o, pusquda gözləyən yandırıb-yaxan alova rast gələr.
10. Biz bilmirik, bununla yerdəkilərə pislik etmək qəsd edilmişdir, yoxsa Rəbbi onları doğru yola yönəltmək istəmişdir?
11. Əlbəttə, aramızda saleh əməl sahibləri də, onlar kimi olmayanları da var. Biz ayrı-ayrı yollar tutmuşuq.
12. Biz yəqin etdik ki, yer üzündə Allahdan yaxa qurtara bilmərik. Göyə qaçmalı olsaq da Onun əzabından yayına bilməyəcəyik.
13. Biz doğru yolu göstərən rəhbəri eşitdiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən, nə savabının azalmasından, nə də haqsızlığa uğramaqdan qorxar.
14. Sözsüz ki, bizlərdən müsəlmanlar da var, doğru yoldan sapanlar da. Müsəlman olan şəxslər doğru yol tutanlardır.
15. Doğru yoldan sapanlar Cəhənnəm üçün odun olacaqlar”.
16. Əgər onlar o yolda sabit qalsaydılar, Biz onlara bol-bol su verərdik.
17. Belə edərdik ki, bununla onları sınayaq. Kim öz Rəbbinin zikrindən üz döndərərsə, O, həmin şəxsi getdikcə artan şiddətli bir əzaba məruz qoyar.
18. Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Elə isə Allahla yanaşı heç kəsə dua etməyin!
19. Allahın qulu qalxıb Allaha dua etdikdə cinlər az qala onun dövrəsində bir-birinə keçib çəpər yaradırdılar.
20. De: “Mən yalnız öz Rəbbimə dua edirəm və kimisə Ona şərik qoşmuram!”
21. De: “Mən sizə nə ziyan verməyə, nə də sizi doğru yola yönəltməyə qadir deyiləm!”
22. De: “Həqiqətən, məni Allahdan heç kəs xilas edə bilməz və mən Ondan başqa bir pənah yeri tapa bilmərəm!
23. Mənim əlimdən gələn ancaq Allahı və Onun göndərdiklərini təbliğ etməkdir. Kim Allaha və Onun Elçisinə asi olarsa, onun üçün içərisində əbədi qalacaqları Cəhənnəm odu hazırlanmışdır”.
24. Onlar özlərinə vəd olunmuş əzabı gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.
25. De: “Mən sizə vəd olunmuş əzabın yaxın olduğunu və yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin etmiş olduğunu bilmirəm.
26. O, qeybi biləndir və Öz qeybini heç kəsə açmaz;
27. razı qaldığı elçidən başqa. Həqiqətən, Allah onların önündə və arxasında gözətçilər qoyur ki,
28. hər kəs onların, Rəbbinin göndərdiklərini necə təbliğ etdiyini bilsin. Allah onların nə etdiklərini nəzarəti altında saxlayır və hər şeyi ayrı-ayrılıqda hesaba alır”.