surah.translation
            .
            
                                    من تأليف: 
                                            لي خان موساييف
                                                            .
                                                
            
                                                                                                                                                        
                    
                                                                                    1. Mərhəmətli və Rəhmli Allahın adı ilə!
                                                                         
                                                                                                                                        
                    
                                                                                    2. Həmd, aləmlərin Rəbbi Allaha məxsudur –
                                                                         
                                                                                                                                        
                    
                                                                                    3. Mərhəmətli və Rəhmliyə,
                                                                         
                                                                                                                                        
                    
                                                                                    4. Din gününün Hökmdarına!
                                                                         
                                                                                                                                        
                    
                                                                                    5. Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
                                                                         
                                                                                                                                        
                    
                                                                                    6. Bizi doğru yola yönəlt –
                                                                         
                                                                                                                                        
                    
                                                                                    7. nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna yox!