ﯠ
surah.translation
.
من تأليف:
لي خان موساييف
.
ﰡ
ﯤﯥ
ﰀ
1. And olsun toz-torpağı ətrafa səpələyənlərə!
ﯧﯨ
ﰁ
2. And olsun yağmur yükü daşıyanlara!
ﯪﯫ
ﰂ
3. And olsun asanlıqla üzüb gedənlərə!
ﯭﯮ
ﰃ
4. And olsun işləri paylaşdıranlara!
5. Sizə vəd olunanlar həqiqətdir.
6. Haqq-hesab da, mütləq çəkiləcəkdir.
7. And olsun gözəl görünüşü olan səmaya!
8. Sizin sözləriniz ziddiyyətlidir.
9. Ondan (Qurandan və Peyğəmbərdən) dönən kimsə döndərilər.
ﭟﭠ
ﰉ
10. Məhv olsun yalançılar!
11. O kəslər ki, cəhalət içində olan qafillərdir.
12. Onlar Haqq-hesab gününün nə vaxt olacağını soruşurlar.
13. O gün onlara odda əzab veriləcək.
14. Onlara deyiləcək: “Dadın əzabınızı! Sizin tez-tələsik gəlməsini istədiyiniz şey budur!”
15. Şübhəsiz ki, müttəqilər cənnətlərdə və bulaqlar başında olacaqlar,
16. öz Rəbbinin onlara verdiyini alacaqlar. Həqiqətən, onlar bundan əvvəl yaxşı iş görən adamlar olmuşdular.
17. Onlar gecələr ibadət edib az yatırdılar.
18. Sübh çağı isə bağışlanma diləyirdilər.
19. Onların mal-dövlətində dilənçinin və yoxsulun payı var.
20. Qəti inananlar üçün yer üzündə dəlillər var.
21. Sizin özünüzdə də dəlillər var. Məgər görmürsünüz?
22. Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir.
23. Göyün və yerin Rəbbinə and olsun ki, bu vəd sizin danışmağa qüdrətiniz olduğu kimi həqiqətdir.
24. İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatdımı?
25. Onlar onun yanına daxil olub: “Sənə salam olsun!”– dedilər. İbrahim: “Sizə də salam olsun! Siz yad adamlara oxşayırsınız!”– dedi.
26. O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov qızardıb gətirdi.
27. Onu qabaqlarına qoyub: “Yemək yeməyəcəksinizmi?”– dedi.
28. O, qonaqların yemədiklərini görüb onlardan qorxuya düşdü. Onlar: “Qorxma!”– dedilər və ona elmli bir oğlan uşağı ilə müjdə verdilər.
29. Zövcəsi qışqırıb üz-gözünə vura-vura dedi: “Axı mən sonsuz qoca qarıyam!”
30. Onlar dedilər: “Sənin Rəbbin belə demişdir. Həqiqətən, O, Hikmət sahibidir, Biləndir!”
31. İbrahim dedi: “Sizin vəzifəniz nədir, ey elçilər?”
32. Onlar dedilər: “Biz günahkar bir qövmə göndərilmişik ki,
33. onların üstünə gildən daşlar yağdıraq –
34. həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş daşlar!”
35. Biz orada olan möminləri o kənddən çıxartdıq.
36. Amma orada bir evdən başqa müsəlman tapmadıq.
37. Ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir əlamət qoyduq.
38. Musanın əhvalatında da ibrət var. O zaman Biz onu Fironun yanına aydın bir dəlillə göndərmişdik.
39. Firon öz camaatı ilə birlikdə üz çevirib: “Bu sehrbazdır, ya da dəlidir!”– dedi.
40. Biz Fironu və əsgərlərini yaxalayıb dənizə atdıq. O, qınanmağa layiq idi.
41. Ad qövmünün hekayətində də ibrət var. O zaman Biz onların üstünə xeyir-bərəkətsiz bir külək göndərmişdik.
42. O külək üstündən keçdiyi hər bir şeyi sovurub külə döndərirdi.
43. Səmud qövmünün hekayətində də ibrət var. O zaman onlara: “Müəyyən vaxtadək dolanıb-keçinin!”– deyilmişdi.
44. Onlar öz Rəbbinin əmrindən çıxdılar və onları gözləri baxa-baxa ildırım vurdu.
45. Onlar ayağa qalxa bilmədilər və onlara kömək edən də olmadı.
46. Daha əvvəl Nuh qövmünü məhv etdik. Çünki onlar fasiq adamlar idilər.
47. Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.
48. Yeri də Biz döşədik. Nə gözəl döşəyənlərik Biz!
49. Biz hər şeydən erkək və dişi olmaqla cütlər yaratdıq ki, bəlkə, düşünüb ibrət alasınız.
50. De: “Elə isə, Allaha tərəf qaçın! Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!
51. Allahla yanaşı başqa bir məbud qəbul etməyin. Mən sizi Onunla açıq-aşkar xəbərdar edənəm!”
52. Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, onun barəsində: “Sehrbazdır, ya da dəlidir!”– deməsinlər.
53. Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan adamlardır.
54. Artıq onlardan üz döndər! Sən buna görə qınanmazsan.
55. Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir.
56. Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.
57. Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm.
58. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir.
59. Şübhəsiz ki, zülm edənləri həmtaylarının qisməti kimi bir qismət gözləyir. Qoy onlar Məni tələsdirməsinlər!
60. Onlara vəd olunmuş Gündən ötrü vay kafirlərin halına!