۞ وَإِذِ ٱبۡتَلَىٰٓ إِبۡرَٰهِـۧمَ رَبُّهُۥ بِكَلِمَٰتࣲ فَأَتَمَّهُنَّۖ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامࣰاۖ قَالَ وَمِن ذُرِّيَّتِيۖ قَالَ لَا يَنَالُ عَهۡدِي ٱلظَّٰلِمِينَ ١٢٤
Al-Baqarah 2:124
سورة البقرة
Medinan
Verse: 124/286
Page 19
-
Azərbaycanca translation
الترجمة الأذرية
124. Rəbbi İbrahimi bəzi kəlmələrlə sınağa çəkdiyi zaman o, bunları tamamilə yerinə yetirdi. Allah buyurdu: “Mən səni insanlara imam edəcəyəm!” İbrahim dedi: “Nəslimdən də, imam et!” Allah buyurdu: “Mənim əhdim zalımlara yetişməz!” -
Azerbaijani - Azerbaijani translation
(Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə (bə’zi əmrləri ilə) imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona: ) “Səni insanlara imam (dini rəhbər, başçı) tə’yin edəcəyəm”, -dedi. (İbrahim isə: ) “Nəslimdən necə?” – deyə soruşdu. (Allah onun cavabında: ) “(Sənin nəslindən olan) zalımlar mənim əhdimə (imamlığıma) nail olmazlar”, -buyurdu. -
Alikhan Musayev - Azerbaijani translation
Rəbbi İbrahimi bəzi kəlmələrlə sınadığı zaman o, bunları tamamilə yerinə yetirdi. Allah: “Mən səni insanlara imam edəcəyəm!”– dedi. İbrahim: “Nəslimdən də (imam et)!”– dedi. Allah: “Zalımlar Mənim onlarla əhd bağlamağıma nail olmazlar!”– dedi.
Al-Baqarah 2:124
Loading the recitation…
0:00