۞ إِنَّ ٱلصَّفَا وَٱلۡمَرۡوَةَ مِن شَعَآئِرِ ٱللَّهِۖ فَمَنۡ حَجَّ ٱلۡبَيۡتَ أَوِ ٱعۡتَمَرَ فَلَا جُنَاحَ عَلَيۡهِ أَن يَطَّوَّفَ بِهِمَاۚ وَمَن تَطَوَّعَ خَيۡرࣰا فَإِنَّ ٱللَّهَ شَاكِرٌ عَلِيمٌ ١٥٨
Al-Baqarah 2:158
سورة البقرة
Medinan
Verse: 158/286
Page 24
-
Azərbaycanca translation
الترجمة الأذرية
158. Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim müqəddəs Evi həcc və ya ümrə məqsədi ilə ziyarət edərsə, bu iki dağ arasında səy etməsində ona heç bir günah yoxdur. Kim könüllü olaraq yaxşı bir iş görərsə, bilsin ki, Allah şükrün əvəzini verəndir, hər şeyi biləndir. -
Azerbaijani - Azerbaijani translation
(Ey mö’minlər!) Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir). Evi (Kə’bəni) həcc və ya ümrə yolu ilə (qaydası ilə) ziyarət edən şəxsin bunları təvaf etməsində (ətrafına dolanmasında) heç bir günah yoxdur. Hər kəs (vacibdən əlavə) könüllü olaraq yaxşı bir iş görərsə, Allah (onun etdiyi yaxşı işdən) razı qalandır (əvəzini verəndir), (onu) biləndir. -
Alikhan Musayev - Azerbaijani translation
Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim evi (Kəbəni) həcc və ya ümrə niyyəti ilə ziyarət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz. Kim yaxşı bir iş görsə, bilsin ki, Allah şükrün əvəzini verəndir, Biləndir.
Al-Baqarah 2:158
Loading the recitation…
0:00