وَأَقِمِ ٱلصَّلَوٰةَ طَرَفَيِ ٱلنَّهَارِ وَزُلَفࣰا مِّنَ ٱلَّيۡلِۚ إِنَّ ٱلۡحَسَنَٰتِ يُذۡهِبۡنَ ٱلسَّيِّـَٔاتِۚ ذَٰلِكَ ذِكۡرَىٰ لِلذَّٰكِرِينَ ١١٤
Hood 11:114
سورة هود
Meccan
Verse: 114/123
Page 234
-
Azərbaycanca translation
الترجمة الأذرية
114. Gündüzün iki başında – əvvəlində və axırında və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır. -
Azerbaijani - Azerbaijani translation
(Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yə’ni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yə’ni səhər-axşam) və gecənin (gündüzə yaxın) bə’zi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır). -
Alikhan Musayev - Azerbaijani translation
Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır.
Hood 11:114
Loading the recitation…
0:00