ﯥ
ترجمة معاني سورة الواقعة
باللغة الأذرية من كتاب الترجمة الأذرية
.
من تأليف:
لي خان موساييف
.
ﰡ
1. Vaqiə qopacağı zaman
2. onun qopduğunu heç kəs dana bilməz.
ﮋﮌ
ﰂ
3. O, bəzilərini alçaldacaq, bəzilərini də ucaldacaq.
4. Yer şiddətlə titrədiyi zaman,
5. Dağlar parça-parça olub ovxalandığı
6. və ətrafa səpələnmiş toz-torpağa döndüyü zaman,
7. siz üç dəstəyə ayrılacaqsınız.
8. Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!
9. Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!
ﮫﮬ
ﰉ
10. Xeyirxah işlərdə öndə gedənlər, Cənnətdə də öndədirlər!
ﮮﮯ
ﰊ
11. Onlar Allaha yaxın olanlar,
12. Nəim cənnətlərində qalacaq kimsələrdir.
13. Onların çoxu əvvəlki nəsillərdən,
14. az bir qismi də axırıncılardandır.
15. Onlar bəzənmiş taxtlar üstündə
16. qarşı-qarşıya əyləşib dirsəklənəcəklər.
17. Onların ətrafında həmişəcavan xidmətçi oğlanlar fırlanacaqlar –
18. çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə –
19. ondan başları ağrımaz və məst olmazlar,
20. bəyənib seçdikləri meyvələr
21. və istədikləri quş əti ilə hərlənəcəklər.
ﭫﭬ
ﰕ
22. Onları iri qara gözlü hurilər gözləyir –
23. sədəf içində saxlanılmış mirvariyə bənzər hurilər.
24. Bu, onların etdikləri əməllərin mükafatı olacaq.
25. Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər.
26. Ancaq: “Salam! Salam!”– sözləri eşidəcəklər.
27. Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!
28. Onlar tikansız sidr ağacları arasında,
ﮍﮎ
ﰜ
29. meyvələri salxım-salxım asılmış banan ağacları altında,
ﮐﮑ
ﰝ
30. uzanmış kölgəliklərdə,
ﮓﮔ
ﰞ
31. daim axan sular kənarında,
ﮖﮗ
ﰟ
32. çoxlu meyvələr –
33. tükənməz və qadağan edilməyən meyvələr içində
ﮞﮟ
ﰡ
34. və hündür döşəklər üstündə olacaqlar.
35. Biz Cənnətdəki qadınları yeni biçimdə yaradacağıq.
ﮥﮦ
ﰣ
36. Onları bakirə qızlar edəcəyik –
ﮨﮩ
ﰤ
37. ərlərini sevən, həmyaşıdlar.
ﮫﮬ
ﰥ
38. Bunlar sağ tərəf sahibləri üçündür.
39. Onların çoxu əvvəlki nəsillərdən,
40. bir qismi də axırıncılardandır.
41. Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!
42. Onlar qızmar yel və qaynar su içində,
43. qapqara duman kölgəsində olacaqlar.
44. Bu duman nə sərin, nə də xoşagələndir.
45. Onlar bundan əvvəl cah-calal içində idilər,
46. böyük günah işlətməkdə israr edirdilər
47. və deyirdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidən dirildiləcəyik?
ﰀﰁ
ﰯ
48. Yaxud bizim əcdadlarımız dirildiləcəklərmi?”
49. De: “Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da,
50. bəlli bir günün müəyyən vaxtında mütləq toplanacaqlar.
51. Sonra, siz ey doğru yoldan azanlar, haqqı yalan sayanlar!
52. Siz mütləq zəqqum ağacından yeyəcəksiniz,
53. qarınlarınızı onunla dolduracaqsınız,
54. üstündən də qaynar su içəcəksiniz.
55. Siz onu susamış xəstə dəvələr kimi içəcəksiniz”.
56. Bu, onların Haqq-hesab günündəki ziyafətidir.
57. Sizi Biz yaratdıq. Bəs nə üçün dirildiləcəyinizi təsdiq etmirsiniz?
58. Axıtdığınız nütfəni gördünüzmü?
59. Onu siz yaradırsınız, yoxsa Biz?
60. Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz.
61. Sizi bənzərləriniz ilə əvəz etməyə və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yaratmağa Bizə mane olan tapılmaz.
62. Siz ilk yaradılışı bilirsiniz. Bəs nə üçün dirildiləcəyiniz barədə düşünmürsünüz?
63. Əkdiyinizi gördünüzmü?
64. Onu siz bitirirsiniz, yoxsa Biz?
65. Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz,
ﮨﮩ
ﱁ
66. və deyərdiniz: “Biz ziyana uğradıq.
67. Daha doğrusu nemətlərdən məhrum olduq!”
68. İçdiyiniz suyu gördünüzmü?
69. Onu buluddan siz endirirsiniz, yoxsa Biz?
70. Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz?
71. Yandırdığınız odu gördünüzmü?
72. Onun ağacını siz yaradırsınız, yoxsa Biz?
73. Biz onu Cəhənnəmi yada salmaq və müsafirlərin istifadəsi üçün yaratdıq.
74. Elə isə Ulu Rəbbinin adına təriflər de!
75. Ulduzların batdığı yerlərə and olsun!
76. Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləydiniz.
77. Həqiqətən, bu, ehtirama layiq Qurandır,
78. qorunub saxlanılan Yazıdadır (Lövhi-məhfuzdadır).
79. Ona yalnız pak olanlar toxunur.
80. O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
81. Siz bu kəlamı yalan sayırsınız?
82. Sizə verilən ruziyə şükür etməyi, onu yalan saymaqla yerinə yetirirsiniz?
83. Can boğaza yetişdiyi zaman –
84. həmin an siz can verən adama baxırsınız.
85. Biz ona sizdən daha yaxın oluruq, siz isə bunu görmürsünüz.
86. Madam ki, siz iddianıza görə haqq-hesab olunmayacaqsınız
87. və doğru danışanlarsınız, onda, o canı geri qaytarın.
88. Amma əgər o, Allaha yaxın olanlardandırsa,
89. onda rəhmətə, gözəl ruziyə və Nəim bağına yetişər.
90. Əgər o, sağ tərəf sahiblərindəndirsə,
91. ona: “Sağ tərəf sahiblərindən sənə salam olsun!”– deyiləcək.
92. Yox əgər o, haqqı yalan sayanlardan və doğru yoldan azanlardandırsa,
93. onun ziyafəti qaynar su olacaq,
ﮬﮭ
ﱝ
94. özü də Cəhənnəmdə yanacaq.
95. Həqiqətən, bu, şübhə doğurmayan bir həqiqətdir.
96. Elə isə Ulu Rəbbinin adına təriflər de!