ﯱ
ترجمة معاني سورة القلم
باللغة الأذرية من كتاب الترجمة الأذرية
.
من تأليف:
لي خان موساييف
.
ﰡ
1. Nun. And olsun qələmə və qələmə alınanlara!
2. Məhz Rəbbinin mərhəməti sayəsində sən dəli deyilsən.
3. Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
4. Həqiqətən də, sən böyük əxlaq sahibisən!
ﮠﮡ
ﰄ
5. Sən də görəcəksən, onlar da –
ﮣﮤ
ﰅ
6. hansınızın dəli olduğunu.
7. Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
8. Elə isə haqqı yalan sayanlara güzəştə getmə.
9. Müşriklər istəyirlər ki, sən onlara güzəşt edəsən, onlar da sənə güzəşt etsinlər.
10. İtaət etmə hər tez-tez and içənə, alçağa,
11. qeybət edənə, dedi-qodu yayana,
12. xeyrə mane olana, həddi aşana, günahkara,
13. daş ürəkliyə, bunlardan sonra da başqasının adını mənimsəyən fırıldaqçıya –
14. o adam var-dövlət və oğul-uşaq sahibi olsa belə.
15. Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əsatirlərindəndir!”– deyər.
16. Biz onun burnuna damğa vuracağıq.
17. Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da sınağa çəkdik. O zaman bağ sahibləri səhər açılanda bağda olan meyvələri mütləq dərəcəklərinə and içmişdilər
ﭜﭝ
ﰑ
18. və heç bir istisna da etməmişdilər (“inşallah” deməmişdilər).
19. Onlar yuxuda ikən Rəbbinin əzabı o bağı bürüdü.
ﭧﭨ
ﰓ
20. Bağ yanıb zülmət gecə kimi qapqara oldu.
ﭪﭫ
ﰔ
21. Onlar səhər qalxdıqda bir-birlərini çağırdılar:
22. “Əgər meyvə dərəcəksinizsə, bağınıza erkən gedin!”
23. Onlar bağa yollandılar, yol boyu da bir-birlərinə belə pıçıldayırdılar:
24. “Bu gün oraya – yanınıza heç bir kasıb girməsin!”
25. Onlar bu məqsədlə kasıbları bağa buraxmamağa qadir olacaqlarını zənn edib erkən getdilər.
26. Bağı görəndə isə belə dedilər: “Deyəsən, biz düz gəlməmişik!
27. Xeyr! Biz bu bağın xeyrindən məhrum olmuşuq!”
28. Onların ən insaflısı dedi: “Məgər mən sizə Allahın şəninə təriflər söyləyin demədimmi?”
29. Onlar dedilər: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz özümüzə zülm etmişik!”
30. Onlar dönüb bir-birlərini qınamağa başladılar
31. və dedilər: “Vay halımıza! Biz həddi aşanlarıq!
32. Ola bilsin ki, Rəbbimiz bizə bu bağın əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik”.
33. Dünyadakı əzab belədir. Axirət əzabı isə daha böyükdür! Kaş biləydilər!
34. Şübhəsiz ki, müttəqilər üçün Rəbbi yanında Nəim cənnətləri hazırlanmışdır.
35. Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı?
36. Sizə nə olub, necə hökm verirsiniz?
37. Yoxsa sizin elə bir kitabınız var ki, üsyankarla itaətkarın eyni olduğunu ondan oxuyursunuz?
38. Ya da onda bəyəndiyiniz hər bir şeyin sizin olacağı yazılmışdır?
39. Yaxud Bizimlə Qiyamət gününədək əhd bağlamısınız ki, istədiyiniz hər şey sizin olacaq?
40. Onlardan soruş ki, kim buna zamin duracaq?
41. Yoxsa onların şərikləri var? Əgər doğru danışırlarsa, onda qoy şəriklərini gətirsinlər.
42. Baldır açılacağı və onlar səcdəyə çağırılacaqları, lakin buna qadir ola bilməyəcəkləri gün –
43. onların baxışları yazıq görkəm alacaq, özlərini də zillət bürüyəcək. Hərçənd ki, onlar dünyada ikən sağ-salamat halda səcdə qılmağa dəvət olunurdular.
44. Bu Sözü yalan sayanları Mənim öhdəmə burax. Biz onları bilmədikləri bir yöndən tədricən əzaba sürükləyirik.
45. Hələlik Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim kafirlər üçün qurduğum hiyləm çox güclüdür.
46. Yoxsa sən onlardan bir muzd istəyirsən və onlar da ağır bir borca düşüblər?
47. Yoxsa qeyb onların əlindədir və onlar da ona baxıb istədiklərini yazırlar?
48. Sən öz Rəbbinin hökmünə səbir et və balıq sahibi Yunus kimi olma! O zaman o, qəm-qüssə içində Rəbbinə dua etmişdi.
49. Əgər Rəbbinin mərhəməti ona yetişməsəydi, o, qınanmış halda heç bir bitki bitməyən boş yerə atılacaqdı.
50. Lakin Rəbbi onu seçib əməlisalehlərdən etdi.
51. Həqiqətən, kafirlər bu Zikri eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr. Onlar çarəsizlikdən: “O, dəlidir!”– deyirlər.
52. Halbuki bu Quran aləmlər üçün öyüd-nəsihətdən başqa bir şey deyil.