ﯽ
ترجمة معاني سورة عبس
باللغة الأذرية من كتاب الترجمة الأذرية
.
من تأليف:
لي خان موساييف
.
ﰡ
ﭑﭒ
ﰀ
1. Peyğəmbər qaşqabağını tökdü və üzünü çevirdi –
2. yanına korun gəldiyinə görə.
3. Nə bilirdin ki, bəlkə o günahlardan təmizlənəcəkdi
4. və yaxud nəsihət dinləyib faydalanacaqdı.
5. Nəsihətə ehtiyacı olmayana gəlincə isə,
6. sən ona diqqət yetirirsən.
7. Onun təmizlənməməyinin sənə bir aidiyyəti yoxdur.
8. Səy göstərib sənin yanına gələn,
ﭴﭵ
ﰈ
9. Allahdan qorxan kimsəyə gəlincə,
10. sən ona məhəl qoymursan!
11. Xeyr! Şübhəsiz ki, bu, bir nəsihətdir.
12. Kim istəsə, qoy onu xatırlayıb ibrət alsın.
13. Bu Quran kəramətli səhifələrdə -
ﮇﮈ
ﰍ
14. yüksək və pak səhifələrdədir.
ﮊﮋ
ﰎ
15. Bu səhifələr elçilərin əllərində –
ﮍﮎ
ﰏ
16. möhtərəm və müti olan mələklərin əllərindədir.
17. Qoy ölsün kafir insan! O necə də nankordur!
18. Qoy baxıb görsün, Allah onu nədən yaradıb?
19. Allah onu nütfədən yaratdı və onu müəyyən şəklə saldı.
20. Sonra da onun yolunu asanlaşdırdı.
21. Sonra onu öldürüb qəbirə yerləşdirdi.
22. Sonra da istədiyi vaxt onu yenidən dirildəcək.
23. Xeyr! O, hələ də Allahın ona buyurduğunu yerinə yetirməmişdir.
24. Qoy insan yediyinə diqqət yetirsin!
25. Həqiqətən, yağışı bol-bol Biz yağdırırıq.
26. Sonra da yeri çat-çat yarıb
27. orada taxıl yetişdiririk.
ﯦﯧ
ﰛ
28. Habelə üzüm və yonca,
ﯩﯪ
ﰜ
29. zeytun və xurma ağacları,
ﯬﯭ
ﰝ
30. sıx-sıx bağlar,
ﯯﯰ
ﰞ
31. meyvələr və otlar da bitiririk.
32. Bu nemətlər sizin istifadəniz və mal-qaranızın faydalanması üçündür.
33. Qulaqbatırıcı bir səs gələndə –
34. o gün insan qaçacaq öz qardaşından,
ﰀﰁ
ﰢ
35. anasından, atasından,
ﰃﰄ
ﰣ
36. həyat yoldaşından və övladlarından!
37. O gün onlardan hər birinin yetərincə işi olacaq.
38. O gün neçə-neçə üzlər parlayacaq,
ﰑﰒ
ﰦ
39. güləcək və fərəhlənəcək.
40. O gün neçə-neçə üzlərə toz-torpaq hopacaq,
ﭑﭒ
ﰨ
41. onları zülmət bürüyəcək.
42. Məhz onlar kafirlər, günahkarlardır!