سورة النجم

Azerbaijani - Azerbaijani translation

ترجمة معاني سورة النجم باللغة الأذرية من كتاب Azerbaijani - Azerbaijani translation

Azerbaijani - Azerbaijani translation

آية رقم 1


Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsun ki,
آية رقم 2

Sizin yoldaşınız (Muhəmməd əleyhissəlam) nə haqq yoldan sapmış, nə də azmışdır!
آية رقم 5

Onu (Muhəmməd əleyhissəlama) çox qüvvətli olan (Cəbrail) öyrətdi.
آية رقم 6

O qüvvət (ağıl və gözəllik) sahibi (Peyğəmbər əleyhissəlama öz həqiqi şəklində) göründü.
آية رقم 7

O (Cəbrail) ən uca üfüqdə (günəşin çıxdığı yerdə) idi.
آية رقم 8

Sonra (Cəbrail Muhəmməd əleyhissəlama) yaxınlaşdı və aşağı endi.
آية رقم 9

(Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu.
آية رقم 10

Sonra (Cəbrail Allahın Öz) bəndəsinə (Mühəmmədə) vəhy buyurduğunu vəhy etdi.
آية رقم 11

Qəlb (Peyğəmbərin qəlbi) gördüyünü yalan saymadı. (Muhəmməd əleyhissəlam gözü ilə gördüyünün Cəbrail olduğuna qəlbdən inandı).
آية رقم 12

Siz onunla gördüyü barəsində mübahisəmi edirsiniz?
آية رقم 13

And olsun ki, (Muhəmməd əleyhiissəlam Cəbraili öz həqiqi surətində) başqa bir dəfə də (me’rac vaxtı) görmüşdü;
آية رقم 14

(Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında.
آية رقم 15

(Mələklər, şəhidlər və müttəqilər məskəni olan) Mə’va cənnəti onun yanındadır.
آية رقم 17

Göz nə (sağa-sola) yayındı, nə də uzağa getdi (hər şeyi olduğu kimi gördü).
آية رقم 18

And olsun ki, (Peyğəmbər) öz Rəbbininən böyük qüdrət nişanələrindən (mö’cüzələrindən) bir qismini (Beytül-mə’muru, Sidrətül-müntəhanı, Cənnəti, Cəhənnəmi, Rəfrəfi, altı yüz qanadı olan Cəbrailin həqiqi surətini və i. a.) gördü.
آية رقم 19

(Ey müşriklər!) Bir deyin görək (sizin ibadət etdiyiniz) Lat və Uzza nəyə qadirdilər?!
آية رقم 20

Digər üçüncü (büt) olan Mənat da həmçinin?!
آية رقم 21

Məgər oğlanlar sizin, (bəyənmədiyiniz) qızlar Onundurmu?! (Allahındırmı)?!

Onlar (bütlər) sizin atalarınızın (özlərindən uydurub) qoyduqları adlardan başqa heç bir şey deyildir! (Onların yalnız quru adı var, heç bir şeyə qadir deyillər). Allah onlara (ibadət edilməsinə) dair heç bir dəlil endirməmişdir. Onlar (müşriklər) yalnız zənnə və nəfslərindən gələn istəklərə uyarlar. Halbuki Rəbbindən onlara haqq yolu göstərən rəhbər (Qur’an və Peyğəmbər) gəlmişdir.
آية رقم 24

Yoxsa insan istədiyi hər şeyə nail ola bilər?! (Xeyr, bu mümkün deyildir. Müşriklərin çox istəməsinə baxmayaraq, bütlər onlar üçün Allah dərgahında heç bir şəfaət edə bilməzlər).
آية رقم 25

Axirətdə, dünya da ancaq Allahındır!

Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq Allah Öz istədiyi və razı olduğu kimsəyə (mələyə, yaxud mö’minə) izin verdikdən sonra (onun şəfaəti fayda verər).

Həqiqətən, axirətə inanmayanlar mələklərə (onların Allahın qızları olduğunu iddia edərək) qadın adları verirlər.

Göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. O, pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla mükafatlandıracaqdır!

(O yaxşılıq edənlər ki) kiçik günahlar (xətalar) istisna olmaqla, böyük günahlardan və rəzil işlərdən (zinadan) çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır. Sizi torpaqdan yaradan da, siz analarınızın bətnlərində rüşeym halında olanda da sizi ən gözəl tanıyan Odur. Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir!
آية رقم 33

(Ya Peyğəmbər!) İndi gördünmü (imandan) dönəni,
آية رقم 34

Bir az (pul, mal) verib (qalanına) xəsislik göstərəni?
آية رقم 35

Məgər o, qeybi bilirmi ki, (öz dostunun əzabına yüklənə biləcəyini) görsün?! (Müşriklərdən Vəlid ibn Müğirə islama meyl göstərmişdi. Bunu eşidən digər bir müşrik onu babalarının dinindən üz döndərməkdə ittiham edərək möhkəm danlamış və demişdi ki, əgər Müğirə ona müəyyən məbləğ pul, mal versə və islamı atıb öz dininə qayıtsa, o, axirətdə Müğirənin əzabını öz üzərinə götürəcəkdir. Müğirə islamdan üz döndərmiş, lakin xəsislik göstərib həmin şəxsə və’d etdiyi məbləğin hamısını deyil, bir qismini vermişdi).
آية رقم 37

Və (əhdə) çox vəfalı olan (Allahın qarşısındakı borcunu layiqincə ödəyən) İbrahimin (sühüfündəkilər bildirilmədi?!)
آية رقم 38

(Tövratda və İbrahimin səhifələrində deyilənlər bunlardır: ) “Heç bir günahkar başqasının günahına yüklənməz!
آية رقم 40

Şübhəsiz ki, (qiyamət günü) onun zəhməti (sə’yi, əməli) görünəcəkdir!
آية رقم 41

Sonra da ona (zəhmətinin, əməlinin) tam əvəzi veriləcəkdir!”
آية رقم 45

(İnsanlardan və heyvanlardan ibarət) iki cifti (hər bir cütü) erkək və dişi olaraq yaradan Odur –
آية رقم 46

(Bir qərtə) nütfədən (o, ata belindən analığa) axıb tökülərkən.
آية رقم 48

(İstədiyini) dövlətli də edən, kasıb da edən Odur!
آية رقم 50

Əvvəlki (ilkin) Adı (Ad qövmünü) O məhv etdi.
آية رقم 51

Səmudu da həmçinin! Və (onlardan heç kəsi sağ) buraxmadı.
آية رقم 53

(Lut qövmünün yurdu) Mö’təfikənin də altını üstünə O çevirdi (qaldırıb yerə vurdu).
آية رقم 54

Onları nələr sardı, nələr! (Başlarına nə müsibətlər gəldi!)
آية رقم 55

(Ey insan!) Sən öz Rəbbinin hansı ne’mətlərinə şəkk edirsən?!
آية رقم 56

Bu (Muhəmməd əleyhissəlam) da əvvəlki peyğəmbərlər kimi (insanları Allahın əzabı ilə) qorxudan bir peyğəmbərdir!
آية رقم 57

(Ey insanlar!) Yaxınlaşam (qiyamət) yaxınlaşdı.
آية رقم 58

Onu Allahdan başqa heç kəs dəf edə bilməz! (Və ya: onun dəqiq vaxtını Allahdan başqa heç kəs bilməz!)
آية رقم 59

İndi siz bu kəlama (Qur’ana) təəccübmü edirsiniz?
آية رقم 60

Həm də gülürsünüz, heç ağlamırsınız!
آية رقم 61

Siz (qəflət içində) oynayır-əylənirsiniz (ona e’tina etmirsiniz).
آية رقم 62

(Ey insanlar!) Gəlin Allaha səcdə edin, (Allaha) ibadət edin! (Ondan başqasına itaət etməyin!)
تقدم القراءة