ترجمة معاني سورة النجم باللغة الأذرية من كتاب الترجمة الأذرية
علي خان موساييف
آية رقم 1
ﭑﭒﭓ
ﭔ
1. And olsun batmaqda olan ulduza!
آية رقم 2
ﭕﭖﭗﭘﭙ
ﭚ
2. Sizin yoldaşınız nə haqdan azmış, nə də yoldan çıxmışdır.
آية رقم 3
ﭛﭜﭝﭞ
ﭟ
3. O, öz istəyi ilə danışmır.
آية رقم 4
ﭠﭡﭢﭣﭤ
ﭥ
4. Bu, ona təlqin edilən bir vəhydir.
آية رقم 5
ﭦﭧﭨ
ﭩ
5. Bunu ona çox qüvvətli olan öyrətdi –
آية رقم 6
ﭪﭫﭬ
ﭭ
6. gözəl görünüşlü Cəbrail. O, yüksəlib öz surətində göründü.
آية رقم 7
ﭮﭯﭰ
ﭱ
7. O, ən uca üfüqdə idi.
آية رقم 8
ﭲﭳﭴ
ﭵ
8. Sonra Muhəmmədə yaxınlaşıb aşağı endi.
آية رقم 9
ﭶﭷﭸﭹﭺ
ﭻ
9. O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi.
آية رقم 10
ﭼﭽﭾﭿﮀ
ﮁ
10. Sonra Allah Öz quluna nazil edəcəyini vəhy etdi.
آية رقم 11
ﮂﮃﮄﮅﮆ
ﮇ
11. Peyğəmbərin qəlbi gördüyünü yalan saymadı.
آية رقم 12
ﮈﮉﮊﮋ
ﮌ
12. İndi siz onunla gördüyü şey barəsində mübahisəmi edirsiniz?
آية رقم 13
ﮍﮎﮏﮐ
ﮑ
13. Onu bir daha öz sürətində enərkən gördü –
آية رقم 14
ﮒﮓﮔ
ﮕ
14. son həddəki Sidr ağacının yanında.
آية رقم 15
ﮖﮗﮘ
ﮙ
15. Məva bağı da onun yanındadır.
آية رقم 16
ﮚﮛﮜﮝﮞ
ﮟ
16. O zaman Sidr ağacını bürüyən bürümüşdü.
آية رقم 17
ﮠﮡﮢﮣﮤ
ﮥ
17. Peyğəmbərin gözü yayınmadı və həddi aşmadı.
آية رقم 18
ﮦﮧﮨﮩﮪﮫ
ﮬ
18. O, öz Rəbbinin ən böyük dəlillərindən bəzisini gördü.
آية رقم 19
ﮭﮮﮯ
ﮰ
19. Siz tapındığınız Lat və Uzzanı gördünüzmü?
آية رقم 20
ﮱﯓﯔ
ﯕ
20. Həmçinin üçüncü olan Mənatı da?
آية رقم 21
ﯖﯗﯘﯙ
ﯚ
21. Məgər oğlanlar sizin, qızlar Allahındırmı?
آية رقم 22
ﯛﯜﯝﯞ
ﯟ
22. Onda bu ədalətsiz bölgü olardı!
آية رقم 23
23. Onlar sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyil. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Onlar yalnız zənnə və nəfslərinin istəklərinə uyarlar. Halbuki Rəbbindən onlara doğru yolu göstərən rəhbər artıq gəlmişdir.
آية رقم 24
ﯼﯽﯾﯿ
ﰀ
24. Yoxsa insan üçün istədiyi hər şey hazırlanmışdır?
آية رقم 25
ﰁﰂﰃ
ﰄ
25. Axirət də, dünya da Allahındır.
آية رقم 26
26. Göylərdə neçə-neçə mələk var ki, onların şəfaəti Allahın istədiyi və Özünün razı qaldığı kimsələrdən başqa heç kəsə heç bir fayda verməz.
آية رقم 27
27. Axirətə inanmayanlar, həqiqətən də, mələklərə qadın adları verirlər.
آية رقم 28
28. Halbuki buna dair heç bir bilgiləri yoxdur. Sadəcə olaraq zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz.
آية رقم 29
29. Sən də Bizi zikr etməkdən üz çevirib dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər!
آية رقم 30
30. Onların bilik səviyyəsi budur. Şübhəsiz ki, sənin Rəbbin Onun yolundan azanı da, doğru yolla gedəni də yaxşı tanıyır.
آية رقم 31
31. Göylərdə və yerdə nə varsa, Allahındır. Bu, Allahın pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə (Cənnətlə) mükafatlandırması üçündür.
آية رقم 32
32. Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. O, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində ruşeym halında olanda da sizi yaxşı tanıyırdı. Özünüzü təmizə çıxartmayın! Çünki O, kimin Allahdan qorxduğunu yaxşı bilir.
آية رقم 33
ﯢﯣﯤ
ﯥ
33. Gördünmü üz çevirəni,
آية رقم 34
ﯦﯧﯨ
ﯩ
34. malından azacıq verib sonra heç verməyəni?
آية رقم 35
ﯪﯫﯬﯭﯮ
ﯯ
35. Məgər o, qeybi bilirmi ki, bunu görsün?
آية رقم 36
36. Yoxsa Musanın səhifələrində olanlar barədə ona xəbər verilmədi?
آية رقم 37
ﯸﯹﯺ
ﯻ
37. Məgər vəfalı olan İbrahimin səhifələrində olanlar barədə ona bildirilmədi?
آية رقم 38
ﯼﯽﯾﯿﰀ
ﰁ
38. Heç bir günahkar başqasının günah yükünü daşımaz.
آية رقم 39
ﰂﰃﰄﰅﰆﰇ
ﰈ
39. İnsan can atdığı şeyə nail olar.
آية رقم 40
ﰉﰊﰋﰌ
ﰍ
40. Əlbəttə, onun can atdığı əməl ona nəsib olacaq.
آية رقم 41
ﰎﰏﰐﰑ
ﰒ
41. Sonra da ona bunun əvəzi tam veriləcək!”
آية رقم 42
ﰓﰔﰕﰖ
ﰗ
42. Son dönüş sənin Rəbbinədir.
آية رقم 43
ﰘﰙﰚﰛ
ﰜ
43. Güldürən də, ağladan da Odur!
آية رقم 44
ﰝﰞﰟﰠ
ﰡ
44. Öldürən də, dirildən də Odur!
آية رقم 45
ﭑﭒﭓﭔﭕ
ﭖ
45. O, insanlardan və heyvanlardan biri erkək və biri də dişi olmaqla iki cüt yaratdı –
آية رقم 46
ﭗﭘﭙﭚ
ﭛ
46. axıdılan bir nütfədən.
آية رقم 47
ﭜﭝﭞﭟ
ﭠ
47. Təkrar diriltmək də Ona aiddir.
آية رقم 48
ﭡﭢﭣﭤ
ﭥ
48. Dövlətli edən də, kasıb edən də Odur.
آية رقم 49
ﭦﭧﭨﭩ
ﭪ
49. Şira ulduzunun da Rəbbi Odur.
آية رقم 50
ﭫﭬﭭﭮ
ﭯ
50. O, əvvəlki Ad tayfasını məhv etdi.
آية رقم 51
ﭰﭱﭲ
ﭳ
51. Səmudu da məhv edib onlardan heç kəsi sağ buraxmadı.
آية رقم 52
52. Daha öncə Nuh qövmünü də məhv etdi, çünki onlar daha zalım, daha azğın kimsələr idi.
آية رقم 53
ﭿﮀ
ﮁ
53. Alt-üst olmuş kəndləri də O viran qoydu.
آية رقم 54
ﮂﮃﮄ
ﮅ
54. Onların başına gətirdiyini gətirdi.
آية رقم 55
ﮆﮇﮈﮉ
ﮊ
55. Sən öz Rəbbinin hansı nemətlərinə şübhə edirsən?
آية رقم 56
ﮋﮌﮍﮎﮏ
ﮐ
56. Bu da əvvəlki qorxudan peyğəmbərlər kimi bir qorxudandır.
آية رقم 57
ﮑﮒ
ﮓ
57. Yaxınlaşan Qiyamət günü yaxınlaşdı.
آية رقم 58
ﮔﮕﮖﮗﮘﮙ
ﮚ
58. Allahdan başqa heç kəs onun qarşısını ala bilməz.
آية رقم 59
ﮛﮜﮝﮞ
ﮟ
59. Yəni siz bu Sözə təəccüblənirsiniz?
آية رقم 60
ﮠﮡﮢ
ﮣ
60. Gülürsünüz, heç ağlamırsınız!
آية رقم 61
ﮤﮥ
ﮦ
61. Və qəflət içində oynayıb əylənirsiniz!
آية رقم 62
ﮧﮨﮩﮪ
ﮫ
62. Siz Allaha səcdə qılın və Ona ibadət edin!
تقدم القراءة