سورة الصف

الترجمة الأذرية

ترجمة معاني سورة الصف باللغة الأذرية من كتاب الترجمة الأذرية

علي خان موساييف

الترجمة الأذرية

علي خان موساييف

الناشر

مجمع الملك فهد

5. Bir zaman Musa öz qöv­münə de­mişdi: “Ey qövmüm! Nə üçün mənə əziyyət verir­si­niz? Axı siz bilirsiniz ki, mən Allahın si­zə göndərdiyi elçisi­yəm!” Onlar doğru yol­dan sap­dıqda, Allah da on­ların qəlb­ini sapdırdı. Allah fasiqləri doğru yola yönəltməz.
6. Bir zaman Məryəm oğlu İsa de­miş­­di: “Ey İsrail oğul­la­rı! Hə­qi­­qətən, mən Allahın si­zə göndərdiyi, məndən əvvəl nazil edilmiş Töv­ratı təsdiqlə­yən və mən­­dən sonra gələcək Əhməd adlı pey­ğəm­bərlə sizi müj­dələyən bir elçisi­yəm!” Alla­hın elçisi onlara açıq-ay­dın də­lillər gətir­dik­də onlar: “Bu, aş­kar bir sehr­dir!”– dedi­lər.
8. Onlar ağızla­rıyla Allahın nurunu sön­dür­mək is­təyirlər. Hal­bu­ki kafir­lə­rin xoşuna gəlməsə də, Allah Öz nurunu ta­mam­laya­caq.
9. Müşriklərin xoşuna gəl­məsə də, İslam dinini bütün dinlərdən üs­tün et­mək məqsə­dilə Öz Rəsulunu hidayət və haqq dinlə gön­də­rən Odur.
12. Bu təqdirdə O sizin gü­nahlarınızı bağışlayar və sizi ağacları al­tından çay­lar axan cən­nətlərə və Ədn cən­nətlərindəki gözəl məs­kənlərə da­xil edər. Bu, böyük müvəffə­qiyyətdir.
14. Ey iman gətirənlər! Alla­hın kö­mək­çiləri olun. Necə ki, Mər­yəm oğlu İsa hə­varilərə: “Allah yolunda kimlər mənə kö­məkçi ola­caq?”– demiş, hə­va­rilər də: “Bizik Allahın kö­məkçi­ləri!”– de­miş­di­lər. İsrail oğul­larından bir zümrə iman gə­tirdi, digər bir züm­rə isə ka­fir oldu. Biz də iman gəti­rən­ləri düş­mən­lərinə qarşı qüv­vət­lən­dir­dik və onlar üstün gəl­di­lər.
تقدم القراءة