سورة التغابن

الترجمة الأذرية

ترجمة معاني سورة التغابن باللغة الأذرية من كتاب الترجمة الأذرية

علي خان موساييف

الترجمة الأذرية

علي خان موساييف

الناشر

مجمع الملك فهد

3. O, göyləri və yeri əda­lət­lə yaratdı, sizə surət verib on­ları gö­zəl şəklə saldı. Dönüş də Onadır.
5. Daha öncə kafir olmuş və öz əməl­lərinin cəzasını dad­mış kim­sələ­rin xəbəri sizə gəlib çat­madımı? Onlar üçün acılı-ağ­rı­lı bir əzab hazırlanmışdır.
6. Bu ona görədir ki, elçiləri onlara aydın dəlillər gətirirdi, on­lar isə: “Mə­gər bizə bir in­san­mı doğru yol gös­tə­rə­­cək?”– de­yir­di­lər. On­lar küfr edir və üz döndərirdilər. Allahın on­lara eh­tiyacı yox­dur. Allah Zəngin­dir, Tərifə­layiq­dir.
7. Kafir olanlar heç vaxt di­rildil­mə­yə­cəklərini iddia edir­lər. De: “Xeyr, Rəb­bimə and ol­sun ki, siz mütləq dirildi­lə­cək­siniz. Sonra isə etdiyiniz əməl­lər sizə xəbər veriləcək­. Bu, Allah üçün çox asan­dır!”
8. Elə isə Allaha, Onun El­çisinə və nazil etdiyimiz Nura (Qu­ra­na) iman gətirin! Allah nə etdiklərinizdən xəbər­dardır.
9. O gün Allah sizi Top­lan­ma günü­nə cəm edəcək. Hə­min gün qar­şı­lıqlı al­danma günü­dür. Hər kəs Allaha iman gə­ti­rib yaxşı iş­lər görsə, Allah onun günahlarını bağışlayar və onu ağacları al­tın­dan çaylar axan cən­nətlərə daxil edər. Onlar orada əbədi qa­lacaq­lar. Bu, böyük müvəffəqiyyətdir.
10. Kafir olub ayələrimizi yalan sa­yan­lara gəldikdə isə, onlar Cə­hən­nəm sakinləridir. Onlar orada əbədi qala­caqlar. Ora necə də pis dönüş yeridir!
12. Allaha və Onun Rəsuluna itaət edin! Əgər üz çevirsəniz, bilin ki, Elçi­mizin öh­dəsinə dü­şən yalnız açıq bir təbliğdir.
13. Allah! Ondan başqa iba­də­tə layiq olan mə­bud yoxdur. Qoy mö­minlər yal­nız Allaha təvəkkül etsinlər.
14. Ey iman gətirənlər! Şüb­həsiz ki, zövcələrinizdən və öv­la­dı­nız­dan sizə düşmən olan­lar da vardır. Onlardan özü­nü­zü qo­ru­yun! Lakin on­ları əfv et­sə­niz, günahlarından keçsəniz və bağış­la­sa­nız, bilin ki, Allah Bağışlayandır, Rəhmlidir.
15. Həqiqətən, var-dövləti­niz və öv­ladlarınız ancaq bir sınaq­dır. Böyük mü­kafat isə Allah yanındadır.
16. Nə qədər bacarırsınızsa Allah­dan qorxun. Peyğəmbərə qulaq asıb itaət edin və malı­nızdan öz xeyriniz üçün xərc­lə­yin. Nəfsinin tamahından qo­ru­nanlar – məhz onlar nicat tapanlardır.
17. Əgər Allaha gözəl bir borc ver­səniz (malınızı Onun yo­lun­da xərclə­sə­niz), O bunu sizin üçün qat-qat artırar və sizi ba­ğış­la­yar. Allah şükürün əvəzi­ni verəndir, həlimdir.
آية رقم 18
18. Allah qeybi və aşkarı bilən­dir, Qüdrətlidir, Hikmət sahi­bi­dir.
تقدم القراءة