سورة الحجر

الترجمة الأذرية

ترجمة معاني سورة الحجر باللغة الأذرية من كتاب الترجمة الأذرية

علي خان موساييف

الترجمة الأذرية

علي خان موساييف

الناشر

مجمع الملك فهد

آية رقم 1
1. Əlif. Ləm. Ra. Bunlar Ki­ta­bın və açıq-aydın Quranın ayə­lə­ri­dir.
آية رقم 3
3. Qoy onlar bir müddət ye­yib-içsin­lər, əylənsinlər və xam xə­yal­lar onların başlarını qat­sın. Tez­liklə biləcəklər.
آية رقم 4
4. Məhv etdiyimiz hər bir di­yarın mə­lum bir yazısı var idi (hə­lak ola­caq­la­rı vaxt əv­vəl­cə­dən müəyyən edil­miş­di).
آية رقم 5
5. Heç bir ümmət öz əcəlini nə qa­baq­laya bilər, nə də yu­bada bi­lər.
آية رقم 6
6. Kafirlər dedilər: “Ey özü­nə Zikr na­zil edilən kəs! Doğru­dan da, sən də­li­sən.
آية رقم 7
7. Əgər doğru danışanlar­dan­­sansa, nə­­yə görə dediyinə şa­hid­lik edə bilən mə­lək­ləri bizə gə­tir­mirsən?”
8. Biz mələkləri ancaq haq­qı bərqərar etmək üçün endiri­rik. O za­man kafirlərə möhlət ve­ril­məz.
آية رقم 9
9. Şübhəsiz ki, Zikri Biz na­zil etdik, əlbəttə, Biz də onu qo­ruya­ca­ğıq.
آية رقم 10
10. Biz səndən öncə də əv­vəlki mil­lət­lərə elçilər göndər­mişdik.
آية رقم 12
12. Beləcə, Biz küfrü gü­nah­karların qəl­binə yeridirik.
آية رقم 13
13. Onlar hələ də Qu­rana inan­mır­lar. Halbuki əv­vəlkilərin ba­şı­na gə­lənlər on­lara bəllidir.
آية رقم 15
15. yenə də inanmayıb: “Göz­lərimiz du­manlanmış, daha doğ­­ru­su biz sehr­lən­mi­şik”– deyər­dilər.
آية رقم 18
18. Ancaq şeytanlardan kim göy əh­li­nin danışıqlarına xəl­vət­cə qu­laq assa, onu yandırıb ya­xan alov təqib edər.
آية رقم 20
20. Orada həm sizin üçün, həm də si­zin ruzi vermədik­lə­riniz üçün do­la­nı­şıq vasitələri yaratdıq.
22. Biz küləkləri dölləndi­ri­ci – bulud­larda su əmələ gəti­rən, bit­ki­lə­ri toz­lan­dıran bir vasitə ki­mi göndərdik, göy­dən yağ­mur yağdı­rıb onu sizə içirt­dik. Belə ol­ma­saydı, siz onu yığıb saxla­ya bil­məz­diniz.
آية رقم 23
23. Şübhəsiz ki, Biz həm di­ril­dir, həm də öldürürük və hər şeyə va­ris olan da Bizik.
آية رقم 24
24. Həqiqətən, sizdən əvvəl gəlib-ge­dənləri də bilirik, son­ra kim­lərin gələ­cə­yini də bili­rik.
آية رقم 25
25. Həqiqətən, Rəbbin onla­rı bir yerə toplayacaq. Çünki O, hikmət sahibidir, hər şeyi bilən­dir.
آية رقم 26
26. Biz insanı başqa şəklə düş­müş qara palçıqdan, toxun­duq­da sax­sı kimi səs çıxaran quru gildən yaratdıq.
28. Bir zaman Rəbbin mə­lək­lərə de­di: “Mən başqa şəklə düş­müş qara pal­çıqdan, toxun­duqda saxsı kimi səs çıxa­ran qu­ru gildən in­san yarada­cağam!
آية رقم 30
30. Mələklərin hamısı ona səcdə etdi­lər.
آية رقم 31
31. Yalnız İblisdən başqa. O, səcdə edənlər arasında ol­maq­dan imtina etdi.
33. İblis dedi: “Sənin, başqa şəklə düş­­müş qara palçıqdan, to­xun­duqda sax­sı kimi səs çı­xa­ran quru gildən yarat­dı­ğın in­sana səc­də etmək mənə ya­raş­maz!”
آية رقم 36
36. İblis dedi: “Ey Rəbbim! Onların di­rildiləcəkləri günə qə­dər mə­nə möhlət ver”.
آية رقم 37
37. Allah dedi: “Sən möhlət verilən­lər­dənsən.
آية رقم 38
38. Ancaq məlum vaxtın gü­­nünə qə­dər”.
39. İblis dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə on­lara pis işləri gözəl göstərib onların ha­mı­sını az­dıracağam.
آية رقم 40
40. Yalnız Sənin seçilmiş, ix­laslı qul­la­rından başqa”.
آية رقم 41
41. Allah dedi: “Bu, Mənə tə­­rəf gə­ti­rib çıxaran düz yoldur.
آية رقم 43
43. Həqiqətən, Cəhənnəm on­la­rın ha­mısına vəd olunmuş yer­dir.
آية رقم 44
44. Onun yeddi qapısı var­. Hər qapı üçün onlardan müəy­yən bir dəstə təyin olun­muşdur.
آية رقم 45
45. Sözsüz ki, müttəqilər cən­nətlərdə və çeşmələr ba­şın­da ola­caq­lar.
آية رقم 46
46. Onlara deyiləcək: “Oraya sağ-sala­mat və xatircəmliklə da­xil olun!”
47. Biz onların köksündəki kin-kü­durəti çıxarıb kənar et­dik. On­lar taxtlar üstündə qarşı-qarşıya oturan qar­daş­lar ola­caq­lar.
آية رقم 48
48. Onlara orada heç bir yor­ğunluq toxunmayacaq və on­lar ora­­dan çıxarıl­mayacaqlar.
آية رقم 51
51. Onlara İbrahimin qo­naq­ları barə­sində də xəbər ver.
52. O zaman onlar İbrahi­min yanına daxil olub: “Salam!”– de­di­­lər. İbrahim: “Biz sizdən eh­tiyat edirik!”– dedi.
آية رقم 53
53. Mələklər: “Qorxma! Hə­qi­­qətən, biz səni bilikli bir oğulla müj­dələyirik!”– dedilər.
آية رقم 54
54. İbrahim dedi: “Qocalıq mə­ni haq­ladığı bir vaxtda mənə müj­də ve­rir­si­niz? Məni nə ilə müjdələ­yirsiniz?”
آية رقم 55
55. Onlar dedilər: “Biz sənə həqi­qət­lə müjdə veririk. Sən ümi­di­ni üzən­lər­dən olma!”
آية رقم 56
56. İbrahim dedi: “Doğru yol­­­dan azan­lardan başqa Rəb­bi­nin mər­həmətindən kim ümi­dini üzər?”
آية رقم 57
57. İbrahim dedi: “Ey elçi­lər! Vəzi­fə­niz nədir?”
آية رقم 58
58. Onlar dedilər: “Biz gü­nah­kar adamları məhv etməyə gön­də­ril­mişik;
آية رقم 59
59. yalniz Lutun ailəsindən başqa. Biz onların hamısını xi­las edə­cəyik.
آية رقم 60
60. Lutun arvadından baş­qa. Biz onun geridə əzab içində qa­lan­lardan ol­ma­sına qə­rar verdik”.
آية رقم 63
63. Onlar dedilər: “Xeyr, biz sənin ya­nına onların şübhə et­diyi əzab ilə gəl­mi­şik.
آية رقم 64
64. Biz sənin yanına doğru xə­bərlə gəl­mişik. Həqiqətən də, biz doğru danı­şanlarıq.
65. Gecənin bir vaxtı ailəni yola çı­xart və özün də onların ar­xa­sın­ca get. Sizdən heç kəs çevri­lib arxaya bax­ma­sın. Sizə əmr olu­nan yerə yollanın”.
آية رقم 67
67. Şəhər əhalisi bir-birini muş­tu­luq­layaraq onun yanına gəl­di­lər.
آية رقم 68
68. Lut dedi: “Bunlar mə­nim qo­naq­la­rımdır. Məni bia­bır et­mə­yin!
آية رقم 69
69. Allahdan qorxun və mə­ni hör­mət­dən salmayın!”
آية رقم 70
70. Onlar dedilər: “Məgər biz sənə bu­ra gələn adamları qo­naq sax­lamağı qada­ğan et­mə­mi­şik?”
آية رقم 71
71. O dedi: “Bunlar mənim qızlarım­dır! Əgər istəyir­siniz­sə, on­larla evlənin!”
آية رقم 72
72. Ey Muhəmməd! Sənin ca­nına and olsun ki, onlar sər­xoş­luq­la­rı içində veyl-veyl gəzir­dilər.
آية رقم 73
73. Günəş doğanda qor­xunc səs on­la­rı yaxaladı.
آية رقم 74
74. Oranın altını üstünə çe­vir­dik və onların üzərinə odda biş­miş gil­ daşlar yağdırdıq.
آية رقم 75
75. Şübhəsiz ki, bunda başa düşən­lər üçün dəlillər vardır.
آية رقم 76
76. Həqiqətən, onlar Məkkə­dən Şama gedən yolun üstündə yaşa­yır­dılar.
آية رقم 77
77. Şübhəsiz ki, bunda mö­minlər üçün dəlillər vardır.
آية رقم 79
79. Onlardan da intiqam al­dıq. Hər iki kənd aydın görü­nən yol üzərində yerləşirdi.
آية رقم 81
81. Biz onlara ayələrimizi gön­dər­dik, lakin onlar bu ayə­lərdən üz döndər­di­lər.
آية رقم 82
82. Onlar təhlükəsizlikdə qal­maq üçün dağlarda evlər yo­nur­du­lar.
آية رقم 83
83. Onları sübh çağı qor­xunc səs ya­xaladı.
آية رقم 84
84. Qazandıqları dünya malı isə on­la­ra heç bir fayda ver­mə­di.
آية رقم 89
89. və de: “Şübhəsiz ki, mən açıq-aş­kar bir xəbərdar edə­nəm!”
آية رقم 90
90. Biz Quranı bölənlərə də beləcə əzab endirmişdik.
آية رقم 91
91. Onlar Quranı hissələrə böl­dülər (bir qisminə inanıb, digər qis­mini inkar etdilər).
آية رقم 92
92. Rəbbinə and olsun ki, Biz onların hamısından soruşa­ca­ğıq –
آية رقم 93
93. törətdikləri əməllər barə­sində.
آية رقم 94
94. Sənə buyurulanı açıq-aş­kar bə­yan et və müşriklərdən üz çe­vir.
آية رقم 95
95. Sözsüz ki, istehza edən­lərə qarşı Biz sənə yetərik.
آية رقم 98
98. Sən həmd-səna ilə Rəb­bini təriflə və səcdə edən­lər­dən ol!
تقدم القراءة