سورة الطلاق

الترجمة الأذرية

ترجمة معاني سورة الطلاق باللغة الأذرية من كتاب الترجمة الأذرية

علي خان موساييف

الترجمة الأذرية

علي خان موساييف

الناشر

مجمع الملك فهد

1. Ey Peyğəmbər! Qadınları boşadı­ğınız zaman onları göz­ləmə müd­dət­lə­rində boşayın, gözləmə müddətini he­sabla­yın və Rəb­bi­niz olan Allahdan qor­xun. Onları, açıq-aşkar zina­kar­lıq et­mələri is­tisna ol­maqla, öz evlərinizdən qovub çıxart­ma­yın və onlar özləri də çıx­ma­sın­lar. Bu, Allahın qoy­du­ğu hüdud­lar­dır. Allahın qoydu­ğu hü­dud­ları aşan kimsə özünə zülm etmiş olar. Sən bilmirsən, ola bil­sin ki, Allah bundan sonra başqa bir hökm versin.
6. Onlara gözləmə müddət­ləri başa ça­tanadək imkanınız daxi­lində öz yaşadı­ğınız yerdə qal­mağa yer verin. Sıxışdır­maq məqsədilə on­la­ra zərər yetir­mə­yin. Əgər onlar hamilədir­lərsə, ha­milə­likdən azad ola­na qədər onlara malı­nızdan xərc­lə­yin. Sizin üçün uşaq əmiz­­di­rir­lərsə, onların haq­qını verin. Öz ara­nızda xoşluqla ra­zı­lı­ğa gə­lin. Bir-biri­nizi çətinliyə sal­sa­nız, uşağı əmiz­dir­məyi başqa bir qa­dı­na həvalə edin.
8. Neçə-neçə məmləkətlər öz Rəbbi­nin və Onun elçilə­rinin əm­ri­nə asi oldu. Biz də onlarla sərt haqq-hesab çəkib on­ları dəhşətli əzab­lara düçar etdik.
آية رقم 9
9. Onlar əməllərinin cəzası­nı daddı­lar və aqibətləri ziya­na uğ­ra­maq oldu.
11. və iman gətirib yaxşı iş­lər görən­ləri zülmətlərdən nu­ra çı­xart­maq üçün Allahın ay­dın ayələrini sizə oxuyan bir el­çi gön­dər­miş­dir. Hər kəs Allaha iman gətirib saleh əməl işləsə, Allah onu için­də əbədi qala­ca­ğı, ağacla­rı altından çay­lar axan cən­nətlərə da­xil edər. Allah ona gözəl ruzi nə­sib et­mişdir.
تقدم القراءة