سورة النبأ

الترجمة الأذرية

ترجمة معاني سورة النبأ باللغة الأذرية من كتاب الترجمة الأذرية

علي خان موساييف

الترجمة الأذرية

علي خان موساييف

الناشر

مجمع الملك فهد

آية رقم 1
1. Onlar nə barədə bir-bi­rin­dən so­ru­şurlar?
آية رقم 2
2. Böyük bir xəbər barə­sin­də –
آية رقم 3
3. elə bir xəbər ki, onlar onun haq­qında ziddiyyətdə­dirlər.
آية رقم 4
4. Xeyr, onlar Qiyamətin hə­qiqət oldu­ğunu hökmən bilə­cək­lər!
آية رقم 5
5. Bir daha xeyr! Onlar hök­mən bilə­cəklər!
آية رقم 8
8. Biz sizi cüt yaratdıq.
آية رقم 9
9. Yuxunuzu da sizin üçün rahatlıq etdik.
آية رقم 11
11. gündüzü isə ruzi qazan­maq vaxtı.
آية رقم 13
13. və çox parlaq bir çıraq ya­ratdıq.
آية رقم 14
14. Biz buludlardan şırıl­-şırıl axan yağmur endirdik ki,
آية رقم 15
15. onunla toxum və digər bit­kilər ye­tiş­dirək,
آية رقم 16
16. habelə ağaclarının qol-bu­daqları bir-birinə sarmaşan bağ­lar sa­laq.
آية رقم 17
17. Həqiqətən, ayırd etmə günü bəlli bir vaxta təyin edil­mişdir!
آية رقم 20
20. Dağlar da hərəkətə gəti­rilib il­ğıma çevriləcək.
آية رقم 21
21. Həqiqətən, Cəhənnəm pusquda daya­nıb kafirləri göz­ləyir.
آية رقم 22
22. O, həddi aşanların qayı­dacağı yerdir.
آية رقم 23
23. Onlar orada əsrlər boyu qala­caq­lar.
آية رقم 24
24. Onlar orada nə bir sə­rin­lik, nə də sərinləşdirici içki da­da­caq­lar.
آية رقم 25
25. İçdikləri yalnız qaynar su və irin olacaq –
آية رقم 26
26. törətdikləri əməllərinə uy­ğun bir cəza kimi.
آية رقم 27
27. Çünki, onlar haqq-he­sab çəki­lə­cəyini güman et­mir­di­lər.
آية رقم 28
28. Ayələrimizi də qətiy­yət­lə təkzib edirdilər.
آية رقم 29
29. Biz hər bir şeyi hesab­la­yıb yaz­mışıq.
آية رقم 30
30. Elə isə dadın əzabı! Biz sizə əzab­dan başqa bir şey ar­tır­ma­ya­­cağıq!
آية رقم 31
31. Həqiqətən, müttəqilər üçün nicat yeri vardır.
آية رقم 32
32. Həmçinin bağlar və üzüm­lüklər,
آية رقم 33
33. dolğun döşlü həmyaşıd qızlar
آية رقم 34
34. və ləbələb doldurulmuş qədəhlər də vardır!
آية رقم 35
35. Onlar orada nə mənasız sözlər, nə də iftira eşidə­cəklər.
آية رقم 36
36. Bunlar sənin Rəbbindən olan mü­kafatlar, artıq­laması ilə ve­ri­lən töhfə­lərdir.
37. Göylərin, yerin və onla­rın ara­sın­da olanların Rəb­bi ər-Rəhmanın mü­kafatdır. On­lar Allahın hü­zu­run­da bir söz deməyə qa­dir ol­maya­caqlar.
38. Ruh Cəbrail və mələk­lər səf-səf duracağı gün, ər-Rəhmanın izin verdiyi kim­sə­lər­dən və doğru söz de­yən­lər­dən başqa heç kəs danışma­ya­caq.
40. Həqiqətən, Biz sizi ya­xın əzab barədə xəbərdar etdik. O gün in­san öz əlləri ilə nələr et­diyini görəcək, kafir isə deyə­cək­dir: “Kaş mən torpaq olay­dım!”
تقدم القراءة