سورة المدثر

الترجمة الأذرية

ترجمة معاني سورة المدّثر باللغة الأذرية من كتاب الترجمة الأذرية

علي خان موساييف

الترجمة الأذرية

علي خان موساييف

الناشر

مجمع الملك فهد

آية رقم 1
1. Ey libasına bürünüb ör­tün­müş pey­ğəmbər!
آية رقم 2
2. Qalx və insanları xə­bər­dar et!
آية رقم 3
3. Təkcə Rəbbini uca tut!
آية رقم 5
5. Pis şeyləri tərk et!
آية رقم 6
6. Yaxşılığı təmənna məq­sə­dilə etmə!
آية رقم 7
7. Rəbbin üçün səbir et!
آية رقم 11
11. Məni yaratdı­ğım kimsə ilə tək burax;
آية رقم 12
12. Mən ona bolluca var-dövlət ba­ğış­ladım,
آية رقم 13
13. qayğısına qalan oğullar verdim
آية رقم 14
14. və onu hər cür imkan­larla təmin etdim.
آية رقم 15
15. Bunlara baxmayaraq, o, ye­nə də əlavə etməyimi arzu­layır.
آية رقم 17
17. Mən onu sərt bir yoxuşa sürük­lə­yəcəyəm.
آية رقم 18
18. Çünki o, fikirləşərək qə­rara gəldi.
آية رقم 19
19. Ona ölüm olsun! Necə qərara gəldi?!
آية رقم 20
20. Sonra yenə ona ölüm ol­sun! Gör nə qərara gəldi?!
آية رقم 21
21. Sonra o nəzər saldı.
آية رقم 22
22. Sonra üz-gözünü turşudub qaş-qabağını tökdü.
آية رقم 23
23. Sonra da arxasını çevi­rib təkəb­bür göstərdi
آية رقم 24
24. və dedi: “Bu, sehrbaz­lar­dan eşidi­lib təkrarlanan sehr­dən baş­qa bir şey de­yil!
آية رقم 26
26. Mən onu Səqərə sala­ca­ğam.
آية رقم 29
29. dərini yandırıb-yaxar.
آية رقم 30
30. Onun üzərində on doq­quz gözətçi mələk var.
31. Biz Cəhənnəm gözətçi­lərini yal­nız mələklər­dən etdik və on­la­rın sa­yını on doqquz et­dik ki, bu, kafir­lər üçün ancaq bir sınaq ol­sun, özlə­rinə Kitab verilənlər yəqinlik hasil etsin­lər, iman gə­ti­rən­lə­rin ima­nı art­sın, Kitab ve­rilən­lər və mö­min­lər haqqa şübhə etmə­sin­lər və qəlblərində xəs­təlik olanlar və kafir­lər: “Allah bu mə­səllə nə demək istə­yir?”– desinlər. Allah istədiyi kimsəni belə az­dırır, is­­tədiyini də doğru yola yönəl­dir. Sə­nin Rəbbinin qo­şunları ba­rə­də yal­nız Özü bilir. Bu, bə­şəriyyət üçün ancaq bir xatır­latmadır.
آية رقم 33
33. And olsun dönüb uzaq­laşan ge­cəyə!
آية رقم 34
34. And olsun ağarmaqda olan sübh çağına!
آية رقم 35
35. Doğrudan da o Cəhən­nəm ən bö­yük fəlakətdir,
آية رقم 36
36. həm bəşəriyyət üçün xə­bərdar­lıqdır,
آية رقم 37
37. həm də sizlərdən yaxşı işlər görüb irəli çıxmaq və ya günah edib geriyə düş­mək is­tə­yənlər üçün.
آية رقم 39
39. sağ tərəf sahiblərindən başqa.
آية رقم 40
40. Onlar cən­nətlərdə bir-bir­lərindən soruşacaq­lar –
آية رقم 41
41. günahkarlar barəsində.
آية رقم 43
43. Onlar deyəcəklər: “Biz namaz qı­lanlardan deyildik.
آية رقم 45
45. Batil sözlər danışanlarla birlikdə biz də danışardıq,
آية رقم 46
46. və Haqq-hesab gününü yalan hesab edərdik –
آية رقم 47
47. ölüm yəqinliyi bizə gə­lə­nə qədər”.
آية رقم 48
48. Odur ki, şəfaət edən­lə­rin şəfaəti onlara fayda verməz.
آية رقم 49
49. Onlara nə olub ki, nəsi­hətdən üz dön­dərirlər?
آية رقم 50
50. Sanki ürküdülmüş vəhşi uzunqu­laqlardır ki,
آية رقم 51
51. ovçulardan yaxud aslan­dan qaçır­lar.
آية رقم 54
54. Xeyr! Bu Quran bir nə­sihətdir.
56. Bilin ki, Allah istəmə­dik­cə onlar xatırlaya bil­məz­lər. Müt­ləq qüd­rətindən qorxub çə­kin­məyə layiq olan da, bağış­la­mağa qadir olan da Odur!
تقدم القراءة