ترجمة معاني سورة الجمعة باللغة الأذرية من كتاب الترجمة الأذرية
علي خان موساييف
آية رقم 1
1. Göylərdə və yerdə olanların hamısı Hökmran, Müqəddəs, Qüdrətli, Müdrik Allahın şəninə təriflər deyir.
آية رقم 2
2. Savadsızlara özlərindən elçi göndərən Odur. Elçi onlara Allahın ayələrini oxuyar, onları pis əməllərdən təmizləyər, onlara Kitabı və Hikməti öyrədər. Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər.
آية رقم 3
3. Allah səni hələ müsəlmanlara qoşulmamış başqalarına da elçi göndərmişdir. O, Qüdrətlidir, Hikmət sahibidir.
آية رقم 4
4. Bu, Allahın lütfüdür, onu istədiyinə verir. Allah böyük lütf sahibidir.
آية رقم 5
5. Tövrata əməl etmək tapşırıldıqdan sonra ona əməl etməyənlər, belində çoxlu kitab daşıyan, amma onlardan faydalana bilməyən uzunqulağa bənzəyirlər. Allahın ayələrini yalan sayan adamların məsəli necə də pisdir. Allah zalım adamları doğru yola yönəltməz.
آية رقم 6
6. De: “Ey yəhudilər! Əgər insanlar arasında ancaq özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə və doğru danışanlarsınızsa, onda özünüzə ölüm diləyin!”
آية رقم 7
7. Lakin onlar öz əlləri ilə törətdikləri əməllərə görə ölümü əsla diləməzlər. Allah zalımları tanıyır.
آية رقم 8
8. De: “Qaçdığınız ölüm sizi mütləq haqlayacaq. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcək”.
آية رقم 9
9. Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığı zaman Allahı yad etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
آية رقم 10
10. Namaz başa çatdıqdan sonra yer üzünə dağılışıb Allahın lütfünü axtarın və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız.
آية رقم 11
11. Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni minbərdə ayaq üstə olduğun halda tərk etdilər. De: “Allah yanında qazanacağınız savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ən yaxşı ruzi verəndir”.
تقدم القراءة