ترجمة معاني سورة الدّخان باللغة الأذرية من كتاب الترجمة الأذرية
علي خان موساييف
آية رقم 1
ﭑ
ﭒ
1. Ha. Mim.
آية رقم 2
ﭓﭔ
ﭕ
2. And olsun bu aydın Kitaba!
آية رقم 3
3. Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz xəbərdar edirik.
آية رقم 4
ﭠﭡﭢﭣﭤ
ﭥ
4. Hər bir hikmətli iş o gecədə ayırd edilir –
آية رقم 5
5. dərgahımızdan vəhy edilən əmr ilə. Həqiqətən, kitabları və elçiləri Biz göndəririk –
آية رقم 6
6. sənin Rəbbindən mərhəmət olaraq. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir.
آية رقم 7
7. Əgər yəqinliklə inanırsınızsa, bilin ki, Allah göylərin, yerin və onların arasında olanların Rəbbidir.
آية رقم 8
8. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir.
آية رقم 9
ﮍﮎﮏﮐﮑ
ﮒ
9. Lakin onlar şəkkə qapılıb əylənirlər.
آية رقم 10
ﮓﮔﮕﮖﮗﮘ
ﮙ
10. Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə.
آية رقم 11
ﮚﮛﮜﮝﮞﮟ
ﮠ
11. O tüstü ki, insanları bürüyəcək. Bu, ağrılı-acılı bir əzabdır.
آية رقم 12
ﮡﮢﮣﮤﮥﮦ
ﮧ
12. Onlar: “Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar, biz də iman gətirək”– deyəcəklər.
آية رقم 13
13. Onlar necə öyüd-nəsihət eşidə bilərlər ki, artıq onlara açıq-aşkar bir peyğəmbər gəlsə də,
آية رقم 14
ﮰﮱﯓﯔﯕﯖ
ﯗ
14. onlar ondan üz çevirib: “Öyrədilmiş bir dəlidir!”– dedilər.
آية رقم 15
15. Biz əzabı bir az sizdən uzaqlaşdırarıq, amma siz yenə azğınlığa qayıdacaqsınız.
آية رقم 16
ﯠﯡﯢﯣﯤﯥ
ﯦ
16. Kafirləri böyük bir müsibətlə yaxalayacağımız gün, Biz onlardan intiqam alacağıq.
آية رقم 17
17. Biz onlardan əvvəl Fironun xalqını da sınadıq. Onlara möhtərəm bir elçi gəldi.
آية رقم 18
18. O dedi: “Allahın qullarını mənə qaytarın. Həqiqətən, mən sizin üçün etibarlı bir elçiyəm.
آية رقم 19
19. Allaha qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə aydın bir sübut gətirmişəm.
آية رقم 20
ﭜﭝﭞﭟﭠﭡ
ﭢ
20. Mən sizin məni daşa basmanızdan həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha sığınıram.
آية رقم 21
ﭣﭤﭥﭦﭧ
ﭨ
21. Əgər mənə inanmırsınızsa, onda məndən uzaq olun!”
آية رقم 22
ﭩﭪﭫﭬﭭﭮ
ﭯ
22. Sonra o, Rəbbinə yalvarıb dedi: “Həqiqətən, bunlar günahkar adamlardır!”
آية رقم 23
ﭰﭱﭲﭳﭴ
ﭵ
23. Allah buyurdu: “Qullarımla birlikdə gecə yola çıx. Şübhəsiz ki, siz təqib olunacaqsınız.
آية رقم 24
24. Dənizi də sakit burax! Onlar suda batırılacaq əsgərlərdir!”
آية رقم 25
ﭾﭿﮀﮁﮂ
ﮃ
25. Onlar bir çox bağlar və çeşmələr qoyub getdilər,
آية رقم 26
ﮄﮅﮆ
ﮇ
26. habelə əkinlər, möhtəşəm yerlər
آية رقم 27
ﮈﮉﮊﮋ
ﮌ
27. və içində həzz aldıqları nemətləri də qoyub getdilər.
آية رقم 28
ﮍﮎﮏﮐﮑ
ﮒ
28. Bax belə! Biz o nemətlərə başqalarını varis etdik.
آية رقم 29
29. Nə göy, nə də yer onlardan ötrü ağlamadı. Onlara möhlət də verilmədi.
آية رقم 30
30. Artıq İsrail oğullarını alçaldıcı əzabdan qurtardıq –
آية رقم 31
31. Firondan. Həqiqətən, o, özünü yüksək tutan və həddi aşanlardan idi.
آية رقم 32
ﮭﮮﮯﮰﮱﯓ
ﯔ
32. Biz İsrail oğullarını Öz elmimizlə aləmlərdən üstün etdik.
آية رقم 33
33. Onlara içində açıq-aydın imtahan olan dəlillər verdik.
آية رقم 34
ﯝﯞﯟ
ﯠ
34. Bunlar mütləq deyəcəklər:
آية رقم 35
35. “Bizim ancaq bircə ölümümüz var. Biz bir daha dirildilməyəcəyik.
آية رقم 36
ﯪﯫﯬﯭﯮ
ﯯ
36. Əgər doğru deyirsinizsə, onda atalarımızı dirildib gətirin!”
آية رقم 37
37. Bunlar yaxşıdır, yoxsa Tubba tayfası və onlardan əvvəlkilər? Biz onları məhv etdik. Çünki onlar günahkar adamlar idi.
آية رقم 38
38. Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün və əbəs yerə yaratmadıq.
آية رقم 39
39. Biz onları haqq olaraq yaratdıq, lakin çoxları bunu bilmir.
آية رقم 40
ﭑﭒﭓﭔﭕ
ﭖ
40. Şübhəsiz ki, ayırd etmə günü onların hamısı üçün müəyyən olunmuş vaxtdır.
آية رقم 41
41. O gün dost dosta heç bir şeylə fayda verə bilməyəcək, onlara kömək də edilməyəcək,
آية رقم 42
42. Allahın rəhm etdiyi kimsələrdən başqa! Həqiqətən, O, Qüdrətlidir, Rəhmlidir.
آية رقم 43
ﭫﭬﭭ
ﭮ
43. Həqiqətən, Cəhənnəmdəki zəqqum ağacı
آية رقم 44
ﭯﭰ
ﭱ
44. günahkar adamın yeməyidir.
آية رقم 45
ﭲﭳﭴﭵ
ﭶ
45. Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar –
آية رقم 46
ﭷﭸ
ﭹ
46. qaynar su qaynayan kimi.
آية رقم 47
ﭺﭻﭼﭽﭾ
ﭿ
47. Onu tutub Cəhənnəmin ortasına sürüyün!
آية رقم 48
48. Sonra əzab vermək üçün başına qaynar su tökün!
آية رقم 49
ﮈﮉﮊﮋﮌ
ﮍ
49. Dad bu əzabı! Sən ki qüdrətli və şərəfli idin.
آية رقم 50
ﮎﮏﮐﮑﮒﮓ
ﮔ
50. Sizin şübhə etdiyiniz əzab budur!
آية رقم 51
ﮕﮖﮗﮘﮙ
ﮚ
51. Allahdan qorxanlar isə təhlükəsiz bir yerdə –
آية رقم 52
ﮛﮜﮝ
ﮞ
52. bağçalarda və çeşmələr başında olacaqlar!
آية رقم 53
ﮟﮠﮡﮢﮣ
ﮤ
53. Taftadan və atlazdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər.
آية رقم 54
ﮥﮦﮧﮨ
ﮩ
54. Bax belə! Üstəlik, onları iri qara gözlü hurilərlə də evləndirəcəyik.
آية رقم 55
ﮪﮫﮬﮭﮮ
ﮯ
55. Onlar orada əmin-amanlıq içində hər meyvədən istəyəcəklər.
آية رقم 56
56. Onlar ilk ölümdən başqa orada heç bir ölüm dadmayacaqlar. Allah onları Cəhənnəm əzabından qorumuşdur –
آية رقم 57
57. sənin Rəbbinin lütfkarlığı sayəsində. Məhz bu, böyük uğurdur.
آية رقم 58
ﯦﯧﯨﯩﯪ
ﯫ
58. Biz Quranı sənin dilində asanlaşdırdıq ki, onlar öyüd-nəsihət ala bilsinlər.
آية رقم 59
ﯬﯭﯮ
ﯯ
59. Sən gözlə! Şübhəsiz ki, onlar da gözləyirlər.
تقدم القراءة