سورة يس

الترجمة الأذرية

ترجمة معاني سورة يس باللغة الأذرية من كتاب الترجمة الأذرية

علي خان موساييف

الترجمة الأذرية

علي خان موساييف

الناشر

مجمع الملك فهد

آية رقم 2
2. And olsun hikmətli Qu­ra­na!
آية رقم 3
3. Həqiqətən, sən göndəril­miş elçi­lər­dənsən,
آية رقم 5
5. Bu Quran Qüdrətli və Rəhmli Allah tərəfindən nazil edil­miş­dir ki,
آية رقم 6
6. ataları xəbərdar edilmə­miş, özləri də qafil olan bir tay­fanı xə­bər­dar edə­sən.
آية رقم 7
7. Onların əksəriyyəti barə­sindəki söz gerçəkləşdi. Çünki onlar iman gə­tirmədilər.
8. Həqiqətən, Biz onların bo­yun­la­rı­na, çənələrinə dirən­miş zən­cir­lər ke­çirt­mişik. Odur ki, başları təkəbbürlə yuxarı qalx­mışdır.
9. Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pər­də saldıq. Buna görə də onlar haqqı gör­mürlər.
آية رقم 10
10. Sən onları qorxutsan da, qor­xut­masan da, onlar üçün ey­ni­dir, iman gə­tirməyəcəklər.
11. Sən ancaq Zikrə tabe olub Mərhə­mətli Allahı görmədən On­dan çəkinən şəxsi qorxuda bi­lər­sən. Beləsini bağış­lanma və çox gö­zəl bir mükafatla müj­də­lə.
12. Həqiqətən, ölüləri diril­dən, onla­rın bu dünyada törət­dik­lə­ri­ni və tərk et­diklə­rini ya­zan Bizik. Biz hər şe­yi açıq-ay­dın Yazıda (Löv­hi-məh­fuz­da) qey­də al­mışıq.
14. O zaman onlara iki nə­fər elçi gön­dərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də elçilərimizi üçüncüsü ilə qüv­vət­lən­dir­dik. Bu elçilər: “Həqi­qətən, biz sizə göndərilmiş el­çilərik”– dedilər.
آية رقم 16
16. Elçilər dedilər: “Rəbbi­miz bilir ki, biz, həqiqətən də, sizə gön­dərilmiş elçi­lərik.
آية رقم 17
17. Bizim vəzifəmiz ancaq vəhy olu­nanı aşkar təbliğ et­mək­dir”.
18. Onlar dedilər: “Biz siz­də bəd əla­mət gördük. Əgər dəvə­ti­ni­zə son qoy­masanız, sizi müt­ləq daşqalaq edəcəyik və biz­dən sizə müt­ləq ağrılı-acılı bir əzab toxunacaqdır”.
19. Elçilər dedilər: “Sizin uğur­suzlu­ğunuz öz ucbatı­nız­dandır. Mə­gər sizə edilən öyüd-nəsihəti bəd əlamət sayır­sı­nız? Doğrusu, siz həd­di aşmış bir mil­lətsiniz”.
آية رقم 21
21. Sizdən heç bir mükafat is­təmə­yən, özləri də doğru yol­da olan şəxslərin ar­dınca gedin!
آية رقم 22
22. Mənə nə olub ki, məni ya­radana və hüzuruna qay­ta­rı­­la­ca­ğı­nız Allaha iba­dət etmə­yim?
23. Mən heç Ondan başqa məbudlar qəbul edərəmmi? Əgər Mər­həmətli Allah mə­nə bir zərər ye­tirmək istəsə, on­la­rın şə­faəti mə­nə heç bir fay­da ver­məz və on­lar məni xilas edə bilməzlər.
آية رقم 24
24. Bax onda mən açıq-ay­dın azğın­lığa düşmüş olaram.
آية رقم 25
25. Həqiqətən, mən sizin Rəb­binizə iman gətirdim. Mənə qu­laq asın!”
آية رقم 26
26. Şəhərin sakinləri bu ki­şini öldürdük­dən sonra ona: “Cən­nə­tə da­xil ol!”– de­yildi. O dedi: “Kaş qövmüm biləydi ki,
آية رقم 29
29. Onları məhv edən ancaq dəhşətli bir səs oldu. Onlar bir­dən sö­­nüb get­di­lər.
31. Məgər onlar özlərindən əvvəl ne­çə-neçə nəsilləri məhv et­di­yi­mizi və on­ların bir daha geriyə – bunların ya­nı­na qayıt­madığını gör­mürlərmi?
33. Ölü torpaq onlar üçün bir də­lil­dir. Biz onu yağışla dirildir, ora­dan taxıl çıxardırıq, onlar da ondan yeyirlər.
35. onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən ye­sin­lər. Bəs onlar şükür etmə­yə­cəklərmi?
36. Yerin bitirdiklərindən, in­sanların öz­lərindən və bilmə­dik­lə­rin­dən bütün cüt­ləri ya­ra­dan Allah pakdır, müqəd­dəs­dir.
37. Gecə də onlar üçün bir dəlildir. Biz gündüzü ondan ayı­rıb çı­xaran kimi onlar zül­mət içində qalırlar.
38. Günəş də özünün qaldı­ğı yerə axıb gedir. Bu, Qüdrət­li, Bi­lən Allahın əzəli hökmüdür.
آية رقم 39
39. Ay üçün də mənzillər mü­əyyən etmişik. Nəhayət, o təd­ricən dö­nüb xur­ma ağacının qu­rumuş budağı kimi əyri olur.
آية رقم 42
42. Biz onlar üçün buna bən­zər daha neçə-neçə minik vasi­təsi ya­ratdıq.
43. Əgər istəsək, onları suya qərq edə­rik. Onda nə onların im­da­dına çatan olar, nə də on­lar xilas ola bilərlər.
آية رقم 44
44. Yalnız Bizim onlara rəhm etməyi­miz və onlara, müəyyən edil­miş vax­tadək, gün-güzə­ran nəsib etməyimiz is­tisna­dır.
45. Onlara: “Önünüzdə olan­dan və ar­xa­nızca gələndən (dün­ya­da və axi­rətdə olan) əzabdan qorxun ki, bəlkə si­zə rəhm olu­na!”– de­yildikdə üz çevi­rir­lər.
آية رقم 48
48. Onlar: “Əgər doğru de­yirsinizsə, bu vəd nə vaxt ola­caq?”– de­yə soruşur­lar.
آية رقم 49
49. Onlar sadəcə olaraq, bir-birləri ilə höcətləşərkən özlə­rini ya­xa­la­yacaq bir tük­ür­pə­dici səsi gözləyirlər.
آية رقم 50
50. Onlar nə bir vəsiyyət et­məyə qa­dir olacaq, nə də ailə­lə­rinin ya­nına qayı­da bilə­cək­lər.
52. Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yer­dən kim qaldırdı? Bu, Mərhə­mətli Allahın vəd etdiyi qiya­mət­dir. Elçilər doğ­ru deyirlərmiş”.
آية رقم 56
56. Onlar zövcələri ilə bir­likdə köl­gə­liklərdə taxtlara söy­kə­nə­cək­lər.
آية رقم 57
57. Orada onlar üçün mey­və­lər və is­tədikləri hər şey vardır.
آية رقم 58
58. Üstəlik Rəhmli Rəbb on­lara: “Sa­lam” deyəcək.
آية رقم 59
59. “Bu gün möminlərdən ay­rılın, ey günahkarlar!
62. Artıq şeytan içərinizdən bir çox­larını yoldan çıxart­mış­dır. Mə­gər dərk etmirdiniz?
65. Bu gün onların ağızla­rı­na möhür vurarıq. Qazandıq­ları gü­nah­lar barə­sin­də onların əlləri Bizimlə danışar, ayaq­ları da şəhadət ve­rər.
66. Əgər istəsəydik, onların gözlə­ri­ni kor edərdik və onda on­lar düz yolla getməyə çalı­şar­dılar. Amma necə görə bi­lər­di­lər?
67. Əgər istəsəydik, onları yerlərin­də­cə elə eybəcər hala sa­lar­dıq ki, nə irə­li gedə, nə də geri qayıda bilərdilər.
آية رقم 68
68. Kimə uzun ömür veri­riksə, onu xilqətcə tərsinə çevi­ririk. Mə­gər başa düşmürlər?
آية رقم 72
72. Yaratdıqlarımızı öz isti­fadələrinə verdik ki, bəzilərin­dən mi­nik kimi ya­rarlansınlar və bəzilərini də yesinlər.
آية رقم 73
73. Bunlarda onlar üçün baş­qa mən­fə­ətlər və içiləcək süd də var­. Yenə də şükür etməyə­cəklərmi?
آية رقم 74
74. Bir çarə tapmaları üçün müşrik­lər Allahdan başqa mə­bud­lar qəbul et­di­lər.
آية رقم 75
75. Amma məbudlar onlara heç bir kö­mək edə bilməzlər. Hər­çənd ki, onlar bunlar üçün hazır durmuş əsgərlərdir.
76. Onların sözü səni kə­dər­ləndir­mə­sin. Şübhəsiz ki, Biz on­la­rın nəyi giz­li saxla­dıq­larını və nəyi aşkar etdiklərini bilirik.
آية رقم 83
83. Əlində hər şeyin hökmü Olan Allah pak və müqəddəs­dir. Siz ancaq Onun hüzuruna qaytarı­la­caq­sınız.
تقدم القراءة