سورة الشورى

الترجمة الأذرية

ترجمة معاني سورة الشورى باللغة الأذرية من كتاب الترجمة الأذرية

علي خان موساييف

الترجمة الأذرية

علي خان موساييف

الناشر

مجمع الملك فهد

آية رقم 2
2. Ayn. Sin. Qaf.
7. Beləliklə, Biz sənə ərəbcə Quran vəhy etdik ki, şəhərlər anası Məkkə əhli­ni və onun ət­ra­fındakıları xəbərdar edə­sən, üstəlik, ba­rə­sin­də heç bir şübhə do­ğur­mayan məhşər gününü yad­ları­na sala­san. İn­san­ların bir qismi Cənnətdə, digər qismi isə Od­da olacaq.
10. İxtilafa düşdüyünüz şey­lər barə­sində hökm vermək an­caq Alla­ha aid­dir. Bu, mənim Rəbbim olan Allahdır. Mən yal­nız Ona tə­vəkkül edir və yal­nız Ona üz tuturam.
13. Allah Nuha tövsiyə et­di­yini, sə­nə vəhy etdiyimizi, İb­ra­hi­mə, Musa­ya və İsaya töv­si­yə etdiyimizi sizin üçün də din­də qa­nun etdi: “Dinə doğru-düz­gün etiqad edin və onda bölünüb firqə-fir­qə olma­yın!” Sənin dəvət etdiyin töv­hid müş­riklərə ağır gəldi. Allah istə­di­yi kəsi Özü üçün seçər və Ona üz tutanı Özünə tərəf yö­nəl­dər.
15. Buna görə də sən tövhidə dəvət et və sənə əmr olun­du­ğu ki­mi düz yolla get. Onların nəf­s­lərinin istəyinə uyma və de: “Mən Alla­hın nazil etdiyi Ki­ta­ba iman gətirdim. Mənə sizin aranızda əda­lətli olmaq əmr edilmişdir. Allah bizim də Rəb­bimiz, sizin də Rəb­biniz­dir. Bi­zim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aid­dir. Bizim­lə sizin aranızda müba­hisə edi­ləcək bir şey yoxdur. Allah ha­mımızı bir yerə top­layacaq. Dönüş də yalnız Onadır”.
16. Allahın dəvəti qəbul olun­duqdan sonra Onun barəsində mü­bahi­səyə gi­rişənlərin dəlili Rəbbinin yanında boş şeydir. Onlar dün­yada qəzəbə düçar olacaqlar. Axirətdə isə onları şiddətli əzab göz­ləyir.
22. Zalımların qazandıqları günahlar özlərinə qarşı çevril­dikdə on­ları bunun qorxusun­dan titrəyən görəcəksən. İman gətirib yaxşı iş­lər görənlər isə Cənnət bağlarında məskun­la­şacaqlar. Rəbbinin yanında on­lar üçün istədikləri hər şey ha­zırlanmışdır. Böyük lütf­kar­lıq da elə budur.
26. O, iman gətirib yaxşı əməllər edənlərin duasını qə­bul edər və Öz lüt­fünü onlara artı­rar. Kafirlər üçün isə şid­dət­li əzab ha­zır­lan­mışdır.
30. Başınıza gələn hər bir mü­sibət öz əllərinizlə qazan­dı­ğı­nız gü­nah­lar üzün­dəndir. Allah günahların çoxunu ba­ğış­layır.
آية رقم 32
32. Dənizdə dağlar kimi üzən gə­mi­lər də Onun dəlillərin­dən­dir.
33. Əgər Allah istəsə, küləyi sakit­ləş­dirər, onlar da suyun üzün­də hərə­kət­siz qalarlar. Hə­qiqətən, bunda səbirli olan və şükür edən hər bir kəs üçün ibrətlər vardır.
آية رقم 34
34. Yaxud, gəmidəkilərin qa­zandıqları günahları ucbatın­dan, on­la­rı məhv edər və ya bir çoxunu bağış­layar.
35. Bizim ayələrimiz barə­sində mü­bahisə edənlər özlə­ri üçün heç bir qur­tuluş yeri ol­madığını biləcəklər.
36. Sizə verilən hər bir şey dünya hə­yatının keçici zövqü­dür. Alla­hın ya­nında olan­lar isə daha xeyirli və daha sü­rəklidir. Bunlar iman gətirib öz Rəb­binə təvəkkül edənlər üçün­dür.
37. O kəslər üçün ki, böyük günah­lardan və çirkin əməl­lərdən çə­kinir, qə­zəbləndikləri zaman xətanı bağışla­yır­lar.
38. O kəslər üçün ki, Rəb­bi­nin də­və­tini qəbul edir, namaz qılır, iş­ləri­ barə­də öz arala­rın­da məsləhətləşir, onlara verdi­yi­miz ruzi­dən Allah yolunda xərc­lə­yirlər.
آية رقم 39
39. O kəslər üçün ki, haq­sız­lığa mə­ruz qaldıqda intiqam alırlar.
آية رقم 43
43. Hər kim səbir edib ba­ğış­lasa, şüb­həsiz ki, bu məq­sədə uy­ğun işlər­dən­dir.
45. Cəhənnəm qarşısına gə­ti­rildikləri zaman sən onların zə­lil­lik­dən başlarını aşağı salıb gözucu gizlin-gizlin bax­dıq­la­rını gö­rə­cək­sən. Möminlər de­yəcək­lər: “Şübhəsiz ki, ziyana uğrayanlar Qi­ya­mət günü öz­lə­rini və ailələrini itirən­lərdir”. Həqiqətən, zalımlar da­i­mi əzab içində olacaqlar.
48. Əgər üzlərini çevirsələr, unutma ki, Biz səni onlara nə­zarətçi tə­yin etmə­mi­şik. Sənin vəzifən ancaq təbliğ et­məkdir. Biz insana Öz mərhəməti­miz­dən daddırdıqda ona sevinir. Onlara öz əlləri ilə et­dikləri əməllərin ucbatından bir bəd­bəxtlik üz verdikdə isə, in­sa­nın nankor olduğunu görərsən.
تقدم القراءة