سورة نوح

الترجمة الأذرية

ترجمة معاني سورة نوح باللغة الأذرية من كتاب الترجمة الأذرية

علي خان موساييف

الترجمة الأذرية

علي خان موساييف

الناشر

مجمع الملك فهد

1. Həqiqətən, Biz Nuhu öz qövmünə göndərdik və dedik: “Sən öz qövmünü, onlara ağ­rı­lı-acılı bir əzab gəlməmiş­dən əvvəl xə­bər­dar et!”
آية رقم 2
2. O dedi: “Ey qövmüm! Şüb­həsiz ki, mən sizi açıq-aydın xə­bərdar edənəm!
آية رقم 6
6. Amma dəvətim onların haqdan qaç­malarını daha da ar­tırdı.
7. Sən onları bağışlayasan de­yə, mən hər dəfə onları imana də­vət etdikdə, on­lar barmaqla­rını qulaq­larına tıxayır, pal­tar­larına bü­rünür, küfrlərində is­rar edir və ötkəm-ötkəm təkəb­bür­lənir­dilər.
آية رقم 8
8. Sonra mən onları aşkar­ca­sına də­vət etdim.
آية رقم 10
10. dedim: “Rəbbinizdən ba­ğışlan­ma­ğınızı diləyin! Həqi­qə­tən, O, çox Bağış­layandır!
آية رقم 11
11. O, sizin üzərinizə bol-bol yağış gön­dərər,
12. var-dövlət və oğul-uşaq­la sizin im­dadınıza çatar, sizin üçün bağ­lar sa­lar və çaylar ya­radar.
آية رقم 13
13. Necə olub ki, siz Allahın böyük­lüyünü layiqincə uca tut­mur­sunuz?
آية رقم 14
14. Axı O sizi mərhələlərlə yaratdı.
آية رقم 15
15. Məgər Allahın yeddi gö­yü tə­bə­qə-təbəqə necə yarat­dı­ğını gör­mür­sü­nüz?
آية رقم 18
18. Sonra O sizi ora qayta­ra­caq və yenidən çıxarda­caq­.
آية رقم 20
20. Belə etdi ki, orada geniş yollarla hərəkət edəsiniz”.
21. Nuh dedi: “Ey Rəbbim! Onlar mənə asi oldular və var-döv­lə­ti, övladı özünə zərərdən başqa bir şey artırma­yan bir adama ta­be oldular.
آية رقم 22
22. Onlar mənə qarşı böyük bir hiylə işlətdilər
23. və özlərinə tabe olanlara dedilər: “Öz məbudlarınızı tərk et­mə­yin; Vəddi, Suvanı, Yə­ğu­su, Yəuqu və Nəsri tərk et­mə­yin!”
24. Artıq onlar çoxlarını az­dırmışlar. Sən də zalım­lara az­ğınlıq­dan başqa bir şey ar­tır­ma”.
25. Onlar öz günahlarına gö­rə suya qərq edildilər və oda atıl­dı­lar. Onlar özlərinə Allah­dan savayı köməkçilər tapma­dılar.
27. Əgər Sən onları sağ qoy­san, onlar Sənin qullarını azdıracaq və yal­nız günahkar, kafir öv­ladlar doğub-törədəcəklər.
تقدم القراءة