Al-Baqarah 2:109

سورة البقرة

Medinan Verse: 109/286 Page 17

وَدَّ كَثِيرࣱ مِّنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ لَوۡ يَرُدُّونَكُم مِّنۢ بَعۡدِ إِيمَٰنِكُمۡ كُفَّارًا حَسَدࣰا مِّنۡ عِندِ أَنفُسِهِم مِّنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلۡحَقُّۖ فَٱعۡفُواْ وَٱصۡفَحُواْ حَتَّىٰ يَأۡتِيَ ٱللَّهُ بِأَمۡرِهِۦٓۗ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءࣲ قَدِيرࣱ ١٠٩

  1. Azərbaycanca translation

    الترجمة الأذرية

    109. Kitab əhlindən bir ço­xu həqi­qət özlərinə bəlli olduqdan sonra, içlərindəki hə­səd üzün­dən sizi, imanınızdan sonra ka­fir­liyə qay­tar­maq istərlər. Allah Öz əmrini verin­cəyə qədər onları əfv edin və onlardan vaz keçin! Hə­qi­qətən, Allah hər şeyə qa­dirdir.
  2. Azerbaijani - Azerbaijani translation


    (Ey mö’minlər!) Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki həsəd (paxıllıq) üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər. Allahın əmri gəlincəyə qədər (hələlik) həmin şəxsləri əfv edin və onları qınamayın (onlardan üz çevirməyin). Şübhəsiz ki, Allah hər şeyə qadirdir!
  3. Alikhan Musayev - Azerbaijani translation


    Kitab əhlindən bir çoxu həqiqəti bildikdən sonra da, paxıllıqları üzündən sizi, siz iman gətirdikdən sonra kafirliyə qaytarmaq istəyərlər. Allah Öz əmri ilə gəlincəyə qədər onları bağışlayın və onlara baş qoşmayın! Həqiqətən, Allah hər şeyə qadirdir.

Read the whole surah Arabic tafsir