ﯬ
surah.translation
.
من تأليف:
لي خان موساييف
.
ﰡ
1. Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət veririk ki, sən Allahın Rəsulusan!”– deyirlər. Allah da bilir ki, sən Onun Rəsulusan. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar.
2. Onlar andlarını sipər edib insanları Allah yolundan döndərdilər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir!
3. Bu ona görədir ki, onlar iman gətirdikdən sonra kafir oldular. Sonra da onların qəlbinə möhür vuruldu. Artıq onlar anlamırlar.
4. Sən onlara baxdıqda onların bədən quruluşları xoşuna gəlir, danışanda onların dediklərinə qulaq asırsan. Halbuki, onlar divara söykədilmiş dirəklər kimidirlər. Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də haqdan döndərilirlər!
5. Onlara: “Gəlin Allahın Rəsulu sizin üçün bağışlanma diləsin!”– deyildiyi zaman başlarını yelləyir və sən onların təkəbbürlə üz döndərdiklərini görürsən.
6. Sən onlar üçün bağışlanma diləsən də, diləməsən də, fərqi yoxdur. Allah onları bağışlamayacaq. Şübhəsiz ki, Allah fasiq adamları doğru yola yönəltməz.
7. Məhz onlar: “Allahın Rəsulu yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!”– deyirlər. Halbuki göylərin və yerin xəzinələri Allahındır, lakin münafiqlər anlamırlar.
8. Onlar: “Əgər biz Mədinəyə qayıtsaq, ən qüdrətlilər ən alçaqları (münafiqlər müsəlmanları) mütləq oradan çıxardacaqlar!”– deyirlər. Halbuki qüdrət yalnız Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur, lakin bunu münafiqlər bilmirlər.
9. Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır.
10. Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!”– deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin.
11. Allah əcəli çatmışlara əsla möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır.