ﰡ
Yaradan Rəbbinin adı ilə oxu!
O, insanı qan laxtasından yaratdı.
Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir.
O, qələmlə yazmağı öyrətdi.
İnsana bilmədiklərini öyrətdi.
Xeyr! İnsan, doğrudan da, həddini aşır –
özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə.
Axı son dönüşün Rəbbinədir!
Gördünmü o kəsi ki, mane olur –
bir bəndəyə namaz qıldığı zaman?
Söylə görək, əgər o bəndə doğru yoldadırsa,
yaxud Allahdan qorxmağı əmr edirsə, onda necə olsun?
Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz döndəribsə, onda necə olsun?
Məgər o bilmir ki, Allah görür?
Xeyr! Əgər yaramaz əməlinə son qoymasa, Biz onun kəkilindən tutacağıq –
yalançı, günahkar kəkilindən.
Qoy öz yığnağını çağırsın.
Biz də əzab mələklərini çağıracağıq.
Xeyr, sən ona qulaq asma! Səcdə qıl və Allaha yaxınlaş!