ﰡ
Yer titrəyib lərzəyə gələcəyi zaman;
Yer öz yükünü bayıra atacağı
və insan: “Ona nə olub?”– deyəcəyi zaman –
həmin gün yer öz əhvalatlarını danışacaqdır.
Çünki Rəbbin ona vəhy edəcəkdir.
O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər.
Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır.
Zərrə qədər pislik edən də əvəzini alacaqdır.