Surah Al-Haqqah in Azərbaycanca
سورة الحاقة · Verses: 52 · Meccan
Translation: Azərbaycanca translation 1 (الترجمة الأذرية)
-
1
ٱلۡحَآقَّةُ
1. Haqq olan Qiyamət! -
2
مَا ٱلۡحَآقَّةُ
2. Nədir haqq olan Qiyamət? -
3
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡحَآقَّةُ
3. Sən nə biləsən ki, nədir haqq olan Qiyamət? -
4
كَذَّبَتۡ ثَمُودُ وَعَادُۢ بِٱلۡقَارِعَةِ
4. Səmud və Ad tayfaları qəlbləri qorxuya salan Qiyaməti yalan saydılar. -
5
فَأَمَّا ثَمُودُ فَأُهۡلِكُواْ بِٱلطَّاغِيَةِ
5. Səmud tayfası qorxunc bir səslə məhv edildi. -
6
وَأَمَّا عَادࣱ فَأُهۡلِكُواْ بِرِيحࣲ صَرۡصَرٍ عَاتِيَةࣲ
6. Ad tayfası isə hədsiz soyuq və şiddətli küləklə yox edildi. -
7
سَخَّرَهَا عَلَيۡهِمۡ سَبۡعَ لَيَالࣲ وَثَمَٰنِيَةَ أَيَّامٍ حُسُومࣰاۖ فَتَرَى ٱلۡقَوۡمَ فِيهَا صَرۡعَىٰ كَأَنَّهُمۡ أَعۡجَازُ نَخۡلٍ خَاوِيَةࣲ
7. Allah onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. Sən orada olsaydın, o tayfanı xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin. -
8
فَهَلۡ تَرَىٰ لَهُم مِّنۢ بَاقِيَةࣲ
8. Sən onlardan qalan bir kimsəyə heç rast gəlmisənmi? -
9
وَجَآءَ فِرۡعَوۡنُ وَمَن قَبۡلَهُۥ وَٱلۡمُؤۡتَفِكَٰتُ بِٱلۡخَاطِئَةِ
9. Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlər (Lut qövmü) də günah işlətmişdilər. -
10
فَعَصَوۡاْ رَسُولَ رَبِّهِمۡ فَأَخَذَهُمۡ أَخۡذَةࣰ رَّابِيَةً
10. Onlar öz Rəbbinin elçisinə asi oldular, O da onları şiddəti artan bir əzabla yaxaladı. -
11
إِنَّا لَمَّا طَغَا ٱلۡمَآءُ حَمَلۡنَٰكُمۡ فِي ٱلۡجَارِيَةِ
11. Su aşıb-daşdıqda Biz sizi üzən gəmidə daşıdıq. -
12
لِنَجۡعَلَهَا لَكُمۡ تَذۡكِرَةࣰ وَتَعِيَهَآ أُذُنࣱ وَٰعِيَةࣱ
12. Sizə bir xatırlatma olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə belə etdik. -
13
فَإِذَا نُفِخَ فِي ٱلصُّورِ نَفۡخَةࣱ وَٰحِدَةࣱ
13. Sur bircə dəfə üfürüləcəyi, -
14
وَحُمِلَتِ ٱلۡأَرۡضُ وَٱلۡجِبَالُ فَدُكَّتَا دَكَّةࣰ وَٰحِدَةࣰ
14. yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman – -
15
فَيَوۡمَئِذࣲ وَقَعَتِ ٱلۡوَاقِعَةُ
15. həmin gün Vaqiə qopacaq. -
16
وَٱنشَقَّتِ ٱلسَّمَآءُ فَهِيَ يَوۡمَئِذࣲ وَاهِيَةࣱ
16. Göy yarılacaq və həmin gün o, süst olacaqdır. -
17
وَٱلۡمَلَكُ عَلَىٰٓ أَرۡجَآئِهَاۚ وَيَحۡمِلُ عَرۡشَ رَبِّكَ فَوۡقَهُمۡ يَوۡمَئِذࣲ ثَمَٰنِيَةࣱ
17. Mələklər isə onun ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini səkkiz mələk daşıyacaq. -
18
يَوۡمَئِذࣲ تُعۡرَضُونَ لَا تَخۡفَىٰ مِنكُمۡ خَافِيَةࣱ
18. O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcək. -
19
فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ ٱقۡرَءُواْ كِتَٰبِيَهۡ
19. Kitabı sağ əlinə verilən deyəcək: “Budur, oxuyun kitabımı! -
20
إِنِّي ظَنَنتُ أَنِّي مُلَٰقٍ حِسَابِيَهۡ
20. Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam”. -
21
فَهُوَ فِي عِيشَةࣲ رَّاضِيَةࣲ
21. O, xoşbəxt həyat sürəcək – -
22
فِي جَنَّةٍ عَالِيَةࣲ
22. uca bir Cənnətdə – -
23
قُطُوفُهَا دَانِيَةࣱ
23. elə bir Cənnətdə ki, onun meyvələri lap yaxınlıqda olacaq. -
24
كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَآ أَسۡلَفۡتُمۡ فِي ٱلۡأَيَّامِ ٱلۡخَالِيَةِ
24. Onlara: “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!”– deyiləcək. -
25
وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِشِمَالِهِۦ فَيَقُولُ يَٰلَيۡتَنِي لَمۡ أُوتَ كِتَٰبِيَهۡ
25. Kitabı sol əlinə verilən kimsə isə deyəcək: “Kaş kitabım mənə verilməyəydi! -
26
وَلَمۡ أَدۡرِ مَا حِسَابِيَهۡ
26. Hesabımdan da xəbərim olmayaydı! -
27
يَٰلَيۡتَهَا كَانَتِ ٱلۡقَاضِيَةَ
27. Kaş ilk ölümüm həmişəlik olaydı! -
28
مَآ أَغۡنَىٰ عَنِّي مَالِيَهۡۜ
28. Var-dövlətim məni əzabdan qurtarmadı. -
29
هَلَكَ عَنِّي سُلۡطَٰنِيَهۡ
29. Hökmranlığım da məhv olub getdi”. -
30
خُذُوهُ فَغُلُّوهُ
30. Mələklərə deyiləcək: “Onu yaxalayıb zəncirləyin! -
31
ثُمَّ ٱلۡجَحِيمَ صَلُّوهُ
31. Sonra da Cəhənnəmə atın! -
32
ثُمَّ فِي سِلۡسِلَةࣲ ذَرۡعُهَا سَبۡعُونَ ذِرَاعࣰا فَٱسۡلُكُوهُ
32. Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun! -
33
إِنَّهُۥ كَانَ لَا يُؤۡمِنُ بِٱللَّهِ ٱلۡعَظِيمِ
33. Çünki o, Böyük Allaha iman gətirmirdi -
34
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ
34. və heç kəsi kasıbı yedirtməyə rəğbətləndirmirdi. -
35
فَلَيۡسَ لَهُ ٱلۡيَوۡمَ هَٰهُنَا حَمِيمࣱ
35. Bu gün burada onun üçün bir dost tapılmaz. -
36
وَلَا طَعَامٌ إِلَّا مِنۡ غِسۡلِينࣲ
36. Qanlı irindən başqa yeməyi də yoxdur. -
37
لَّا يَأۡكُلُهُۥٓ إِلَّا ٱلۡخَٰطِـُٔونَ
37. Onu ancaq günahkarlar yeyər”. -
38
فَلَآ أُقۡسِمُ بِمَا تُبۡصِرُونَ
38. And içirəm həm gördüklərinizə, -
39
وَمَا لَا تُبۡصِرُونَ
39. həm də görmədiklərinizə! -
40
إِنَّهُۥ لَقَوۡلُ رَسُولࣲ كَرِيمࣲ
40. Bu, möhtərəm bir Elçinin sözüdür. -
41
وَمَا هُوَ بِقَوۡلِ شَاعِرࣲۚ قَلِيلࣰا مَّا تُؤۡمِنُونَ
41. O, şair sözü deyil! Necə də az inanırsınız! -
42
وَلَا بِقَوۡلِ كَاهِنࣲۚ قَلِيلࣰا مَّا تَذَكَّرُونَ
42. O, kahin sözü də deyil! Necə də az düşünürsünüz! -
43
تَنزِيلࣱ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ
43. O, aləmlərin Rəbbi tərəfindən vəhy edilmişdir! -
44
وَلَوۡ تَقَوَّلَ عَلَيۡنَا بَعۡضَ ٱلۡأَقَاوِيلِ
44. Əgər Muhəmməd bəzi sözləri özündən uydurub Bizə aid etsəydi, -
45
لَأَخَذۡنَا مِنۡهُ بِٱلۡيَمِينِ
45. Biz onu sağ əlindən yaxalayar, -
46
ثُمَّ لَقَطَعۡنَا مِنۡهُ ٱلۡوَتِينَ
46. sonra da şah damarını kəsərdik. -
47
فَمَا مِنكُم مِّنۡ أَحَدٍ عَنۡهُ حَٰجِزِينَ
47. İçərinizdən heç kəs buna mane ola bilməzdi. -
48
وَإِنَّهُۥ لَتَذۡكِرَةࣱ لِّلۡمُتَّقِينَ
48. Həqiqətən, bu Quran müttəqilər üçün bir nəsihətdir. -
49
وَإِنَّا لَنَعۡلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ
49. Aranızdan Quranı yalan sayanlar olduğunu da bilirik! -
50
وَإِنَّهُۥ لَحَسۡرَةٌ عَلَى ٱلۡكَٰفِرِينَ
50. Həqiqətən, bu, kafirlər üçün bir peşmançılıqdır. -
51
وَإِنَّهُۥ لَحَقُّ ٱلۡيَقِينِ
51. Sözsüz ki, bu Quran əsl həqiqətdir. -
52
فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ
52. Elə isə Böyük Rəbbinin adına təriflər de!