ﰍ
ترجمة معاني سورة العلق
باللغة الأذرية من كتاب الترجمة الأذرية
.
من تأليف:
لي خان موساييف
.
ﰡ
1. Yaradan Rəbbinin adı ilə oxu!
2. O, insanı qan laxtasından yaratdı.
3. Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir.
4. O, qələmlə yazmağı öyrətdi.
5. İnsana bilmədiklərini öyrətdi.
6. Xeyr! İnsan, doğrudan da, həddini aşır –
7. özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə.
8. Axı son dönüşün Rəbbinədir!
9. Gördünmü o kəsi ki, mane olur –
10. bir bəndəyə namaz qıldığı zaman?
11. Söylə görək, əgər o bəndə doğru yoldadırsa,
12. yaxud Allahdan qorxmağı əmr edirsə, onda necə olsun?
13. Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz döndəribsə, onda necə olsun?
14. Məgər o bilmir ki, Allah görür?!
15. Xeyr! Əgər yaramaz əməlinə son qoymasa, Biz onun kəkilindən tutacağıq –
16. yalançı, günahkar kəkilindən.
ﭧﭨ
ﰐ
17. Qoy öz yığnağını çağırsın.
ﭪﭫ
ﰑ
18. Biz də əzab mələklərini çağıracağıq.
19. Xeyr, sən ona qulaq asma! Səcdə qıl və Allaha yaxınlaş!