Surah Az-Zariyat in Azərbaycanca
سورة الذاريات · Verses: 60 · Meccan
Translation: Azərbaycanca translation 1 (الترجمة الأذرية)
-
1
وَٱلذَّٰرِيَٰتِ ذَرۡوࣰا
1. And olsun toz-torpağı ətrafa səpələyənlərə! -
2
فَٱلۡحَٰمِلَٰتِ وِقۡرࣰا
2. And olsun yağmur yükü daşıyanlara! -
3
فَٱلۡجَٰرِيَٰتِ يُسۡرࣰا
3. And olsun asanlıqla üzüb gedənlərə! -
4
فَٱلۡمُقَسِّمَٰتِ أَمۡرًا
4. And olsun işləri paylaşdıranlara! -
5
إِنَّمَا تُوعَدُونَ لَصَادِقࣱ
5. Sizə vəd olunanlar həqiqətdir. -
6
وَإِنَّ ٱلدِّينَ لَوَٰقِعࣱ
6. Haqq-hesab da, mütləq çəkiləcəkdir. -
7
وَٱلسَّمَآءِ ذَاتِ ٱلۡحُبُكِ
7. And olsun gözəl görünüşü olan səmaya! -
8
إِنَّكُمۡ لَفِي قَوۡلࣲ مُّخۡتَلِفࣲ
8. Sizin sözləriniz ziddiyyətlidir. -
9
يُؤۡفَكُ عَنۡهُ مَنۡ أُفِكَ
9. Ondan (Qurandan və Peyğəmbərdən) dönən kimsə döndərilər. -
10
قُتِلَ ٱلۡخَرَّٰصُونَ
10. Məhv olsun yalançılar! -
11
ٱلَّذِينَ هُمۡ فِي غَمۡرَةࣲ سَاهُونَ
11. O kəslər ki, cəhalət içində olan qafillərdir. -
12
يَسۡـَٔلُونَ أَيَّانَ يَوۡمُ ٱلدِّينِ
12. Onlar Haqq-hesab gününün nə vaxt olacağını soruşurlar. -
13
يَوۡمَ هُمۡ عَلَى ٱلنَّارِ يُفۡتَنُونَ
13. O gün onlara odda əzab veriləcək. -
14
ذُوقُواْ فِتۡنَتَكُمۡ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تَسۡتَعۡجِلُونَ
14. Onlara deyiləcək: “Dadın əzabınızı! Sizin tez-tələsik gəlməsini istədiyiniz şey budur!” -
15
إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّٰتࣲ وَعُيُونٍ
15. Şübhəsiz ki, müttəqilər cənnətlərdə və bulaqlar başında olacaqlar, -
16
ءَاخِذِينَ مَآ ءَاتَىٰهُمۡ رَبُّهُمۡۚ إِنَّهُمۡ كَانُواْ قَبۡلَ ذَٰلِكَ مُحۡسِنِينَ
16. öz Rəbbinin onlara verdiyini alacaqlar. Həqiqətən, onlar bundan əvvəl yaxşı iş görən adamlar olmuşdular. -
17
كَانُواْ قَلِيلࣰا مِّنَ ٱلَّيۡلِ مَا يَهۡجَعُونَ
17. Onlar gecələr ibadət edib az yatırdılar. -
18
وَبِٱلۡأَسۡحَارِ هُمۡ يَسۡتَغۡفِرُونَ
18. Sübh çağı isə bağışlanma diləyirdilər. -
19
وَفِيٓ أَمۡوَٰلِهِمۡ حَقࣱّ لِّلسَّآئِلِ وَٱلۡمَحۡرُومِ
19. Onların mal-dövlətində dilənçinin və yoxsulun payı var. -
20
وَفِي ٱلۡأَرۡضِ ءَايَٰتࣱ لِّلۡمُوقِنِينَ
20. Qəti inananlar üçün yer üzündə dəlillər var. -
21
وَفِيٓ أَنفُسِكُمۡۚ أَفَلَا تُبۡصِرُونَ
21. Sizin özünüzdə də dəlillər var. Məgər görmürsünüz? -
22
وَفِي ٱلسَّمَآءِ رِزۡقُكُمۡ وَمَا تُوعَدُونَ
22. Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir. -
23
فَوَرَبِّ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ إِنَّهُۥ لَحَقࣱّ مِّثۡلَ مَآ أَنَّكُمۡ تَنطِقُونَ
23. Göyün və yerin Rəbbinə and olsun ki, bu vəd sizin danışmağa qüdrətiniz olduğu kimi həqiqətdir. -
24
هَلۡ أَتَىٰكَ حَدِيثُ ضَيۡفِ إِبۡرَٰهِيمَ ٱلۡمُكۡرَمِينَ
24. İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatdımı? -
25
إِذۡ دَخَلُواْ عَلَيۡهِ فَقَالُواْ سَلَٰمࣰاۖ قَالَ سَلَٰمࣱ قَوۡمࣱ مُّنكَرُونَ
25. Onlar onun yanına daxil olub: “Sənə salam olsun!”– dedilər. İbrahim: “Sizə də salam olsun! Siz yad adamlara oxşayırsınız!”– dedi. -
26
فَرَاغَ إِلَىٰٓ أَهۡلِهِۦ فَجَآءَ بِعِجۡلࣲ سَمِينࣲ
26. O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov qızardıb gətirdi. -
27
فَقَرَّبَهُۥٓ إِلَيۡهِمۡ قَالَ أَلَا تَأۡكُلُونَ
27. Onu qabaqlarına qoyub: “Yemək yeməyəcəksinizmi?”– dedi. -
28
فَأَوۡجَسَ مِنۡهُمۡ خِيفَةࣰۖ قَالُواْ لَا تَخَفۡۖ وَبَشَّرُوهُ بِغُلَٰمٍ عَلِيمࣲ
28. O, qonaqların yemədiklərini görüb onlardan qorxuya düşdü. Onlar: “Qorxma!”– dedilər və ona elmli bir oğlan uşağı ilə müjdə verdilər. -
29
فَأَقۡبَلَتِ ٱمۡرَأَتُهُۥ فِي صَرَّةࣲ فَصَكَّتۡ وَجۡهَهَا وَقَالَتۡ عَجُوزٌ عَقِيمࣱ
29. Zövcəsi qışqırıb üz-gözünə vura-vura dedi: “Axı mən sonsuz qoca qarıyam!” -
30
قَالُواْ كَذَٰلِكِ قَالَ رَبُّكِۖ إِنَّهُۥ هُوَ ٱلۡحَكِيمُ ٱلۡعَلِيمُ
30. Onlar dedilər: “Sənin Rəbbin belə demişdir. Həqiqətən, O, Hikmət sahibidir, Biləndir!” -
31
۞ قَالَ فَمَا خَطۡبُكُمۡ أَيُّهَا ٱلۡمُرۡسَلُونَ
31. İbrahim dedi: “Sizin vəzifəniz nədir, ey elçilər?” -
32
قَالُوٓاْ إِنَّآ أُرۡسِلۡنَآ إِلَىٰ قَوۡمࣲ مُّجۡرِمِينَ
32. Onlar dedilər: “Biz günahkar bir qövmə göndərilmişik ki, -
33
لِنُرۡسِلَ عَلَيۡهِمۡ حِجَارَةࣰ مِّن طِينࣲ
33. onların üstünə gildən daşlar yağdıraq – -
34
مُّسَوَّمَةً عِندَ رَبِّكَ لِلۡمُسۡرِفِينَ
34. həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş daşlar!” -
35
فَأَخۡرَجۡنَا مَن كَانَ فِيهَا مِنَ ٱلۡمُؤۡمِنِينَ
35. Biz orada olan möminləri o kənddən çıxartdıq. -
36
فَمَا وَجَدۡنَا فِيهَا غَيۡرَ بَيۡتࣲ مِّنَ ٱلۡمُسۡلِمِينَ
36. Amma orada bir evdən başqa müsəlman tapmadıq. -
37
وَتَرَكۡنَا فِيهَآ ءَايَةࣰ لِّلَّذِينَ يَخَافُونَ ٱلۡعَذَابَ ٱلۡأَلِيمَ
37. Ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir əlamət qoyduq. -
38
وَفِي مُوسَىٰٓ إِذۡ أَرۡسَلۡنَٰهُ إِلَىٰ فِرۡعَوۡنَ بِسُلۡطَٰنࣲ مُّبِينࣲ
38. Musanın əhvalatında da ibrət var. O zaman Biz onu Fironun yanına aydın bir dəlillə göndərmişdik. -
39
فَتَوَلَّىٰ بِرُكۡنِهِۦ وَقَالَ سَٰحِرٌ أَوۡ مَجۡنُونࣱ
39. Firon öz camaatı ilə birlikdə üz çevirib: “Bu sehrbazdır, ya da dəlidir!”– dedi. -
40
فَأَخَذۡنَٰهُ وَجُنُودَهُۥ فَنَبَذۡنَٰهُمۡ فِي ٱلۡيَمِّ وَهُوَ مُلِيمࣱ
40. Biz Fironu və əsgərlərini yaxalayıb dənizə atdıq. O, qınanmağa layiq idi. -
41
وَفِي عَادٍ إِذۡ أَرۡسَلۡنَا عَلَيۡهِمُ ٱلرِّيحَ ٱلۡعَقِيمَ
41. Ad qövmünün hekayətində də ibrət var. O zaman Biz onların üstünə xeyir-bərəkətsiz bir külək göndərmişdik. -
42
مَا تَذَرُ مِن شَيۡءٍ أَتَتۡ عَلَيۡهِ إِلَّا جَعَلَتۡهُ كَٱلرَّمِيمِ
42. O külək üstündən keçdiyi hər bir şeyi sovurub külə döndərirdi. -
43
وَفِي ثَمُودَ إِذۡ قِيلَ لَهُمۡ تَمَتَّعُواْ حَتَّىٰ حِينࣲ
43. Səmud qövmünün hekayətində də ibrət var. O zaman onlara: “Müəyyən vaxtadək dolanıb-keçinin!”– deyilmişdi. -
44
فَعَتَوۡاْ عَنۡ أَمۡرِ رَبِّهِمۡ فَأَخَذَتۡهُمُ ٱلصَّٰعِقَةُ وَهُمۡ يَنظُرُونَ
44. Onlar öz Rəbbinin əmrindən çıxdılar və onları gözləri baxa-baxa ildırım vurdu. -
45
فَمَا ٱسۡتَطَٰعُواْ مِن قِيَامࣲ وَمَا كَانُواْ مُنتَصِرِينَ
45. Onlar ayağa qalxa bilmədilər və onlara kömək edən də olmadı. -
46
وَقَوۡمَ نُوحࣲ مِّن قَبۡلُۖ إِنَّهُمۡ كَانُواْ قَوۡمࣰا فَٰسِقِينَ
46. Daha əvvəl Nuh qövmünü məhv etdik. Çünki onlar fasiq adamlar idilər. -
47
وَٱلسَّمَآءَ بَنَيۡنَٰهَا بِأَيۡيْدࣲ وَإِنَّا لَمُوسِعُونَ
47. Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk. -
48
وَٱلۡأَرۡضَ فَرَشۡنَٰهَا فَنِعۡمَ ٱلۡمَٰهِدُونَ
48. Yeri də Biz döşədik. Nə gözəl döşəyənlərik Biz! -
49
وَمِن كُلِّ شَيۡءٍ خَلَقۡنَا زَوۡجَيۡنِ لَعَلَّكُمۡ تَذَكَّرُونَ
49. Biz hər şeydən erkək və dişi olmaqla cütlər yaratdıq ki, bəlkə, düşünüb ibrət alasınız. -
50
فَفِرُّوٓاْ إِلَى ٱللَّهِۖ إِنِّي لَكُم مِّنۡهُ نَذِيرࣱ مُّبِينࣱ
50. De: “Elə isə, Allaha tərəf qaçın! Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm! -
51
وَلَا تَجۡعَلُواْ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَۖ إِنِّي لَكُم مِّنۡهُ نَذِيرࣱ مُّبِينࣱ
51. Allahla yanaşı başqa bir məbud qəbul etməyin. Mən sizi Onunla açıq-aşkar xəbərdar edənəm!” -
52
كَذَٰلِكَ مَآ أَتَى ٱلَّذِينَ مِن قَبۡلِهِم مِّن رَّسُولٍ إِلَّا قَالُواْ سَاحِرٌ أَوۡ مَجۡنُونٌ
52. Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, onun barəsində: “Sehrbazdır, ya da dəlidir!”– deməsinlər. -
53
أَتَوَاصَوۡاْ بِهِۦۚ بَلۡ هُمۡ قَوۡمࣱ طَاغُونَ
53. Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan adamlardır. -
54
فَتَوَلَّ عَنۡهُمۡ فَمَآ أَنتَ بِمَلُومࣲ
54. Artıq onlardan üz döndər! Sən buna görə qınanmazsan. -
55
وَذَكِّرۡ فَإِنَّ ٱلذِّكۡرَىٰ تَنفَعُ ٱلۡمُؤۡمِنِينَ
55. Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir. -
56
وَمَا خَلَقۡتُ ٱلۡجِنَّ وَٱلۡإِنسَ إِلَّا لِيَعۡبُدُونِ
56. Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım. -
57
مَآ أُرِيدُ مِنۡهُم مِّن رِّزۡقࣲ وَمَآ أُرِيدُ أَن يُطۡعِمُونِ
57. Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm. -
58
إِنَّ ٱللَّهَ هُوَ ٱلرَّزَّاقُ ذُو ٱلۡقُوَّةِ ٱلۡمَتِينُ
58. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. -
59
فَإِنَّ لِلَّذِينَ ظَلَمُواْ ذَنُوبࣰا مِّثۡلَ ذَنُوبِ أَصۡحَٰبِهِمۡ فَلَا يَسۡتَعۡجِلُونِ
59. Şübhəsiz ki, zülm edənləri həmtaylarının qisməti kimi bir qismət gözləyir. Qoy onlar Məni tələsdirməsinlər! -
60
فَوَيۡلࣱ لِّلَّذِينَ كَفَرُواْ مِن يَوۡمِهِمُ ٱلَّذِي يُوعَدُونَ
60. Onlara vəd olunmuş Gündən ötrü vay kafirlərin halına!