Surah Al-Masad in Azərbaycanca
سورة المسد · Verses: 5 · Meccan
Translation: Azərbaycanca translation 1 (الترجمة الأذرية)
-
1
تَبَّتۡ يَدَآ أَبِي لَهَبࣲ وَتَبَّ
1. Əbu Ləhəbin əlləri qurusun, qurudu da! -
2
مَآ أَغۡنَىٰ عَنۡهُ مَالُهُۥ وَمَا كَسَبَ
2. Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilməyəcək. -
3
سَيَصۡلَىٰ نَارࣰا ذَاتَ لَهَبࣲ
3. O, alovlanan oda atılacaq. -
4
وَٱمۡرَأَتُهُۥ حَمَّالَةَ ٱلۡحَطَبِ
4. Onun odun şələsi daşıyan arvadı da. -
5
فِي جِيدِهَا حَبۡلࣱ مِّن مَّسَدِۭ
5. Arvadının boynunda xurma liflərindən kəndir olacaq.