Surah An-Naba' in Azərbaycanca
سورة النبأ · Verses: 40 · Meccan
Translation: Azərbaycanca translation 1 (الترجمة الأذرية)
-
1
عَمَّ يَتَسَآءَلُونَ
1. Onlar nə barədə bir-birindən soruşurlar? -
2
عَنِ ٱلنَّبَإِ ٱلۡعَظِيمِ
2. Böyük bir xəbər barəsində – -
3
ٱلَّذِي هُمۡ فِيهِ مُخۡتَلِفُونَ
3. elə bir xəbər ki, onlar onun haqqında ziddiyyətdədirlər. -
4
كَلَّا سَيَعۡلَمُونَ
4. Xeyr, onlar Qiyamətin həqiqət olduğunu hökmən biləcəklər! -
5
ثُمَّ كَلَّا سَيَعۡلَمُونَ
5. Bir daha xeyr! Onlar hökmən biləcəklər! -
6
أَلَمۡ نَجۡعَلِ ٱلۡأَرۡضَ مِهَٰدࣰا
6. Məgər Biz yeri yataq etmədikmi? -
7
وَٱلۡجِبَالَ أَوۡتَادࣰا
7. Dağları da payalar? -
8
وَخَلَقۡنَٰكُمۡ أَزۡوَٰجࣰا
8. Biz sizi cüt yaratdıq. -
9
وَجَعَلۡنَا نَوۡمَكُمۡ سُبَاتࣰا
9. Yuxunuzu da sizin üçün rahatlıq etdik. -
10
وَجَعَلۡنَا ٱلَّيۡلَ لِبَاسࣰا
10. Gecəni örtük etdik, -
11
وَجَعَلۡنَا ٱلنَّهَارَ مَعَاشࣰا
11. gündüzü isə ruzi qazanmaq vaxtı. -
12
وَبَنَيۡنَا فَوۡقَكُمۡ سَبۡعࣰا شِدَادࣰا
12. Üstünüzdə yeddi möhkəm göy qurduq -
13
وَجَعَلۡنَا سِرَاجࣰا وَهَّاجࣰا
13. və çox parlaq bir çıraq yaratdıq. -
14
وَأَنزَلۡنَا مِنَ ٱلۡمُعۡصِرَٰتِ مَآءࣰ ثَجَّاجࣰا
14. Biz buludlardan şırıl-şırıl axan yağmur endirdik ki, -
15
لِّنُخۡرِجَ بِهِۦ حَبࣰّا وَنَبَاتࣰا
15. onunla toxum və digər bitkilər yetişdirək, -
16
وَجَنَّٰتٍ أَلۡفَافًا
16. habelə ağaclarının qol-budaqları bir-birinə sarmaşan bağlar salaq. -
17
إِنَّ يَوۡمَ ٱلۡفَصۡلِ كَانَ مِيقَٰتࣰا
17. Həqiqətən, ayırd etmə günü bəlli bir vaxta təyin edilmişdir! -
18
يَوۡمَ يُنفَخُ فِي ٱلصُّورِ فَتَأۡتُونَ أَفۡوَاجࣰا
18. Sur üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksiniz. -
19
وَفُتِحَتِ ٱلسَّمَآءُ فَكَانَتۡ أَبۡوَٰبࣰا
19. O gün göyün qapıları açılacaq. -
20
وَسُيِّرَتِ ٱلۡجِبَالُ فَكَانَتۡ سَرَابًا
20. Dağlar da hərəkətə gətirilib ilğıma çevriləcək. -
21
إِنَّ جَهَنَّمَ كَانَتۡ مِرۡصَادࣰا
21. Həqiqətən, Cəhənnəm pusquda dayanıb kafirləri gözləyir. -
22
لِّلطَّٰغِينَ مَـَٔابࣰا
22. O, həddi aşanların qayıdacağı yerdir. -
23
لَّٰبِثِينَ فِيهَآ أَحۡقَابࣰا
23. Onlar orada əsrlər boyu qalacaqlar. -
24
لَّا يَذُوقُونَ فِيهَا بَرۡدࣰا وَلَا شَرَابًا
24. Onlar orada nə bir sərinlik, nə də sərinləşdirici içki dadacaqlar. -
25
إِلَّا حَمِيمࣰا وَغَسَّاقࣰا
25. İçdikləri yalnız qaynar su və irin olacaq – -
26
جَزَآءࣰ وِفَاقًا
26. törətdikləri əməllərinə uyğun bir cəza kimi. -
27
إِنَّهُمۡ كَانُواْ لَا يَرۡجُونَ حِسَابࣰا
27. Çünki, onlar haqq-hesab çəkiləcəyini güman etmirdilər. -
28
وَكَذَّبُواْ بِـَٔايَٰتِنَا كِذَّابࣰا
28. Ayələrimizi də qətiyyətlə təkzib edirdilər. -
29
وَكُلَّ شَيۡءٍ أَحۡصَيۡنَٰهُ كِتَٰبࣰا
29. Biz hər bir şeyi hesablayıb yazmışıq. -
30
فَذُوقُواْ فَلَن نَّزِيدَكُمۡ إِلَّا عَذَابًا
30. Elə isə dadın əzabı! Biz sizə əzabdan başqa bir şey artırmayacağıq! -
31
إِنَّ لِلۡمُتَّقِينَ مَفَازًا
31. Həqiqətən, müttəqilər üçün nicat yeri vardır. -
32
حَدَآئِقَ وَأَعۡنَٰبࣰا
32. Həmçinin bağlar və üzümlüklər, -
33
وَكَوَاعِبَ أَتۡرَابࣰا
33. dolğun döşlü həmyaşıd qızlar -
34
وَكَأۡسࣰا دِهَاقࣰا
34. və ləbələb doldurulmuş qədəhlər də vardır! -
35
لَّا يَسۡمَعُونَ فِيهَا لَغۡوࣰا وَلَا كِذَّٰبࣰا
35. Onlar orada nə mənasız sözlər, nə də iftira eşidəcəklər. -
36
جَزَآءࣰ مِّن رَّبِّكَ عَطَآءً حِسَابࣰا
36. Bunlar sənin Rəbbindən olan mükafatlar, artıqlaması ilə verilən töhfələrdir. -
37
رَّبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا ٱلرَّحۡمَٰنِۖ لَا يَمۡلِكُونَ مِنۡهُ خِطَابࣰا
37. Göylərin, yerin və onların arasında olanların Rəbbi ər-Rəhmanın mükafatdır. Onlar Allahın hüzurunda bir söz deməyə qadir olmayacaqlar. -
38
يَوۡمَ يَقُومُ ٱلرُّوحُ وَٱلۡمَلَٰٓئِكَةُ صَفࣰّاۖ لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنۡ أَذِنَ لَهُ ٱلرَّحۡمَٰنُ وَقَالَ صَوَابࣰا
38. Ruh Cəbrail və mələklər səf-səf duracağı gün, ər-Rəhmanın izin verdiyi kimsələrdən və doğru söz deyənlərdən başqa heç kəs danışmayacaq. -
39
ذَٰلِكَ ٱلۡيَوۡمُ ٱلۡحَقُّۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ مَـَٔابًا
39. O gün, gerçək bir gündür. Kim istəsə öz Rəbbi yanında sığınacaq tapar! -
40
إِنَّآ أَنذَرۡنَٰكُمۡ عَذَابࣰا قَرِيبࣰا يَوۡمَ يَنظُرُ ٱلۡمَرۡءُ مَا قَدَّمَتۡ يَدَاهُ وَيَقُولُ ٱلۡكَافِرُ يَٰلَيۡتَنِي كُنتُ تُرَٰبَۢا
40. Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: “Kaş mən torpaq olaydım!”