ترجمة سورة قريش

Azerbaijani - Azerbaijani translation
ترجمة معاني سورة قريش باللغة الأذرية من كتاب Azerbaijani - Azerbaijani translation .


(Ya Peyğəmbər! Qüreyşlilərə de ki) Qüreyşin ülfəti (dostluğu və ya Allahın onlar üçün səfəri asanlaşdırması) xatirinə,

Onlara qış və yay səfərini müyəssər edilməsi (qışda Yəməndə, yayda Şamda istirahət və ticarət edə bilmələri) xatirinə.

Bu evin Rəbbinə (Kə’bənin sahibi Allaha) ibadət etsinlər!

O Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan (fil sahiblərinin təhlükəsindən) sonra əmin-amanlıq bəxş etdi.
Icon