15. Siz Xeybərə qənimətləri götürməyə getdiyiniz zaman Hüdeybiyyə sülhündən geri qalanlar: “Qoyun biz də sizin arxanızca gələk!”– deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De: “Siz heç vaxt bizim arxamızca gəlməyəcəksiniz. Allah əvvəldən sizin üçün belə demişdir”. Onlar: “Xeyr, siz bizə həsəd aparırsınız”– deyəcəklər. Əksinə, onlar çox az anlayanlardır.
الترجمة الأذرية
سَيَقُولُ ٱلۡمُخَلَّفُونَ إِذَا ٱنطَلَقۡتُمۡ إِلَىٰ مَغَانِمَ لِتَأۡخُذُوهَا ذَرُونَا نَتَّبِعۡكُمۡۖ يُرِيدُونَ أَن يُبَدِّلُواْ كَلَٰمَ ٱللَّهِۚ قُل لَّن تَتَّبِعُونَا كَذَٰلِكُمۡ قَالَ ٱللَّهُ مِن قَبۡلُۖ فَسَيَقُولُونَ بَلۡ تَحۡسُدُونَنَاۚ بَلۡ كَانُواْ لَا يَفۡقَهُونَ إِلَّا قَلِيلٗا
Siz (Xeybərə) qənimət əldə etmək üçün getdiyiniz zaman (Hüdeybiyyə səfərinə) getməyənlər (səfərdən geri qalanlar) deyəcəklər: “Qoyun biz də sizin arxanızca gələk!” Onlar Allahın (ya Peyğəmbər! Hüdeybiyyə səfərinə getməyib evdə oturanları heç yerə aparma!) sözünü dəyişdirmək istəyirlər. (Ya Peyğəmbər! Onlara) de: “Siz əsla bizim arxamızca gəlməyəcəksiniz. Allah əvvəldən belə buyurmuşdur” Onlar deyəcəklər: Xeyr, siz bizə paxıllıq edirsiniz (istəmirsiniz ki, bizim də payımıza qənimət düşsün)”. Xeyr, onlar özləri çox az qanan kimsələrdir!
Azerbaijani - Azerbaijani translation
سَيَقُولُ ٱلۡمُخَلَّفُونَ إِذَا ٱنطَلَقۡتُمۡ إِلَىٰ مَغَانِمَ لِتَأۡخُذُوهَا ذَرُونَا نَتَّبِعۡكُمۡۖ يُرِيدُونَ أَن يُبَدِّلُواْ كَلَٰمَ ٱللَّهِۚ قُل لَّن تَتَّبِعُونَا كَذَٰلِكُمۡ قَالَ ٱللَّهُ مِن قَبۡلُۖ فَسَيَقُولُونَ بَلۡ تَحۡسُدُونَنَاۚ بَلۡ كَانُواْ لَا يَفۡقَهُونَ إِلَّا قَلِيلٗا
Siz qənimətləri götürməyə getdiyiniz zaman səfərdən geri qalanlar: “Qoyun biz də sizin arxanızca gələk!”– deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De: “Siz heç vaxt bizim arxamızca gəlməyəcəksiniz. Allah əvvəldən sizin üçün belə demişdir”. Onlar: “Xeyr, siz bizə həsəd aparırsınız”– deyəcəklər. Əksinə, onlar çox az anlayanlardır.
Alikhan Musayev - Azerbaijani translation